Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lixtenşteyn (alm. Liechtenstein) və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı (alm. Fürstentum Liechtenstein) — Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. Lixte

Lixtenşteyn

  • Ana Səhifə
  • Vikipediya
  • Lixtenşteyn

Lixtenşteyn (alm. Liechtenstein) və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı (alm. Fürstentum Liechtenstein) — Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. Lixtenşteyn Alp dağlarında, Reyn çayının sağ sahilində yerləşir. Şimal və şərqdə Avstriya, cənub və qərbdə İsveçrə ilə həmsərhəddir. Paytaxtı Vaduts şəhəri, ümumi sahəsi 160 kvadrat kilometrdir. Lixtenşteyn knyaz tərəfindən idarə olunan konstitusiyalı monarxiya dövlətidir. Dövlət dili alman dili, danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Lixtenşteynin dənizə birbaşa çıxışı yoxdur və Özbəkistanla birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir.

Lixtenşteyn Knyazlığı
alm. Fürstentum Liechtenstein‎
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Für Gott, Fürst und Vaterland"
"Tanrı, Şahzadə və Vətən üçün"
Himn: 
Oben am jungen Rhein
azərb. Gənc Reynə qədər‎
Tarixi
 • Yaranması 23 yanvar 1719
 • Müstəqillik 1866
Rəsmi dili alman dili
Dini Xristianlıq, Katolisizm
Paytaxt Vaduts
Ən böyük şəhəri Şan
İdarəetmə forması Konstitusiyalı Monarxiya
Knyaz II Hans-Adam(13.11.1989)
Baş Nazir Brigitte Haas (10.04.2025)
Sahəsi Dünyada 219-cu
 • Ümumi 160 km²
 • Su sahəsi (%) 2.7
Əhalisi
 • Əhali 37,340 nəfər
 • Siyahıyaalma (2014) 193-cü yer nəf.
 • Sıxlıq 227 nəf./km² (57-ci)
Valyuta İsveçrə frankı
İnternet domeni .li
ISO kodu LI
Telefon kodu +423
Saat qurşaqları UTC+1
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lixtenşteynin xəritəsi

Mündəricat

Tarixi

Lixtenşteynlilərin əcdadları qədim retlər və german tayfaları olan alemanlar olublar. Son illər isə əhali əsasən mühacirlər – avstriyalılar və alman əsilli isveçrəlilərin hesabına formalaşır.

Lixtenşteyn dövləti 23 yanvar 1719-cu ildə meydana gəlmişdir. 1918-ci ilə qədər Avstriya-Macarıstanla sıx əlaqədə olmuş və onun Forarlberq əyaləti ilə ümumi gömrük dairəsi təşkil etmişdir. 1921-ci ildə müstəqil dövlət elan olunaraq, İsveçrənin siyasi protektoratı altına keçmişdir.

Siyasət

Lixtenşteyn xəritəsi
Ali qanunverici orqan — landtaq (parlament)
Ali icraçı orqan — hökumət
Partiyalar -
  1. Vətəndaş İttifaqı — vıı (1936), Liberal Burjua Partiyası. Sədr: X. Frommel.
  2. Proqqressiv Vətəndaş Partiyası- PVP, Sədr: Y. Matt.
  3. Azad Siyasi — Ekoloji Partiya, lider: P. Frik.
  4. Xristian — Sosial Partiyası, solburjuaziya, parlamentdə iştirak etmir.

Əhalisi

31 dekabr 2012-ci il tarixinə olan məlumatlara görə əhalisi 36 838 nəfərdir və il başlayandan 363 nəfər artmışdır.

2000-ci ilin siyahıyaalmasına əsasən əhalisinin 65,6% lixtenşteynlilərdir (almanlar). Yerdə qalan əhali əsasən italyanlar, isveçrəlilər və avstriyalılardan ibarətdir.

Dini etiqadlarına görə əhalinin 92%-i katolik, 8%-i isə protestantdır.

Ərazisi

Lixtenşteynin inzibati bölgüsü

Paytaxtı Vaduts şəhəri. İki tarixi vilayəti var, Oberland və Unterland.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lixtenşteyn haqqında məlumat. Lixtenşteyn nədir? Lixtenşteyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ampermetr

  • Fevral 23, 2026

    19 fevral

  • Fevral 23, 2026

    Ahirani dialekti

  • Fevral 23, 2026

    Fahişəlik

  • Fevral 23, 2026

    Xocalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst