Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Life" 1883-cü ildə Con Mitçell tərəfindən yaradılmışdır. 53 il əyləncəli,illustrasiyalı bir jurnalı kimi nəşr edilmişdir. Life jurnalının ilk nəşri zamanı devi

Life (jurnal)

  • Ana Səhifə
  • Vikipediya
  • Life (jurnal)

Life — üç amerikan jurnalının adıdır:

  • 1883–1936-cı illərdə yumoristik və ümumi mövzuları olan jurnal.Taym jurnalının yaradıcısı Henri Luis bu jurnalı sonradan pulla almışdır.
  • 1936-cı ildən 1972-ci ilə qədər həftəlik xəbər jurnalı.
  • Los Angeles Times, The Miami Herald və The Washington Post qəzetlərinə əlavə kimi 2004-cü ildən 2007-ci ilə qədər mövcud olmuş həftəlik jurnal.
Dvayt Eyzenhaver, 1944 19 iyun, Life jurnalı

Tarixi

"Life" 1883-cü ildə Con Mitçell tərəfindən yaradılmışdır. 53 il əyləncəli,illustrasiyalı bir jurnalı kimi nəşr edilmişdir. Life jurnalının ilk nəşri zamanı devizi belə olmuşdur: "Həyat var — ümid var". Bu jurnalda çox tanınmış yazıçılar,redaktorlar və karikaturaçılar çalışmışdır. 1918-ci ildə Mitçellin ölümündən sonra Çarlz Qibson jurnalı 1 mln.$ almışdır. Həmin dövrdə dünya artıq dəyişmişdi. Bu dövr artıq "şən" 90-cı ilər deyildi. Çox tanınmış personalı olmasına baxmayaraq. jurnal maliyyə cəhətdən iflasa uğrayırdı. Jurnal Böyük Depressiya zamanı çoxlu sayda abunəçisini itirdi.

1910-cu il 27 yanvar, Kol Filippsin illustrasiyası

1936-cı ildə naşir Henri Luis "Life" üçün 92 000 $ pul ödədi. Henri Luisin dövründə "Life" xəbərləri bütünlüklə fotoşəkillərlə olan ilk amerikan qəzeti olmuşdur. Bu jurnalın ən məşhur fotoşəkli kimi "Tibb bacısı dənizçinin ağuşunda" fotosu sayılır. Bu şəkil 1945-ci il 27 noyabr tarixində Alfred Eyzenştayn tərəfindən Nyu-Yorkda Yaponiya üzərindəki qələbəni bayram edilən vaxt çəkilmişdir. Jurnalın ilk nömrəsi 1936-cı ildə çıxmışdır. Jurnal dəfələrlə formatını dəyişib və bağlanmışdı. Jurnal 1972-ci ilə qədər həftəlik olmuşdur. 1978-ci ildə, 6 ildən sonra onun fəaliyyəti yenidən bərpa olundu. Amma bu dəfə aylıq buraxılırdı.Amma 2000-ci ildə Life yenidən mövcudluğunu dayandırdı. Fotojurnalın nəşrinin dayanmasının səbəbi kimi televiziyanın bugünkü sürətli inkişafı göstərilir.

Google ilə əməkdaşlıq

18 noyabr 2008-ci ildə Google jurnalın arxiv fotoşəkillərinin hostinqinə başladı. Bu arxivdə olan çoxlu şəkillər heç vaxt çap olunmamışdı. Bundan başqa,məqalələrin tam şəkildə arxivi (1936–1972) "Google Books"verilmişdi.

Maraqlı faktlar

Amerikalı jurnalist Corc Stori 1936-cı ildə Life jurnalının yaradıldığı gündə anadan olmuşdur. Life jurnalının ilk nömrəsində yeni doğulmuş Corcun fotoşəklində "Həyat başlayır" başlığı yazılmışdır. Storinin gələcək həyatı bu jurnalda işıqlandırılır. Onun iki evliliyi, ata olması, təqaüdə çıxması bu jurnalda işıqlandırılmışdı. 2000-ci ilin may ayında 64 yaşlı Corc jurnalın son buraxılışında peyda olur.Onun fotoşəklinin başlığı belə idi: "Həyat bitir" (Bununla jurnalın bağlanmasını bildirmişdilər). Bundan bir neçə gündən sonra Corc Stori infarktdan vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Life (jurnal) haqqında məlumat. Life (jurnal) nədir? Life (jurnal) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sahara

  • Fevral 26, 2026

    Hiroşi Hamaya

  • Fevral 26, 2026

    Erməni təqvimi

  • Fevral 27, 2026

    Cərəyan

  • Fevral 27, 2026

    Möcüzə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst