Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis ela

Lider televiziyası

  • Ana Səhifə
  • Vikipediya
  • Lider televiziyası

Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri idi. 16 iyun 2020-ci ildə məhkəmə qərarı ilə müflis elan edilmişdir. 1 iyun 2021-ci ildən etibarən Lider TV və radiosunun fəaliyyəti rəsmən dayandırılmışdır.

Lider TV
Loqonun şəkli
1 sentyabr 2010-cu il tarixindən fəaliyyətini dayandırdığı günə kimi istifadə edilən loqotip
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
Baş qərargah Şəfayət Mehdiyev küçəsi 177, Bakı, Azərbaycan
Yaranma tarixi 1 sentyabr 2000
Bağlanma tarixi 1 iyun 2021
Sahibi Ədalət Əliyev
Şüar Biz sizinləyik!
Qardaş kanallar Lider Jazz FM
Sayt lidertv.com

Mündəricat

Tarixçə

Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlamışdır. "Lider Tv&Radio–Azərbaycan" MMC-nin nəzdində fəaliyyət göstərən telekanal idi. 30 avqust 2001-ci ildən Lider televiziyası dünya teleməkanına daxil olaraq, dünyaya yayımlanmağa başlamışdır.

Lider TV klip yayımına görə ölkədə ilk yerlərdə idi. Yeni çəkilmiş hit klipləri tez–tez Lider TV-nin efirində görmək olurdu.

2003-cü il Prezident seçkiləri günü axşam saatlarında baş verən hadisələr zamanı Azad Azərbaycan TV-nin çəkiliş heyəti ilə yanaşı Lider TV-nin çəkiliş heyəti də ciddi zərər görmüşdülər. Oktyabrın 15-dən 16-na keçən gecə Lider TV-nin müxbiri Sahil Kərimlinin Müsavat Partiyasının qərargahı önündə soyuq silahla döyülməsi həmin dövrdə bir çox mətbuat orqanı tərəfindən ciddi etirazla qarşılanmışdı. Həmin vaxt Lider TV-yə təhdid məktubu yazılaraq televiziya binasının boşaldılması tələb edilirdi.

2003-cü ildə Lider TV ilə Fransanın "Canal France International (CFI)" şəbəkəsi arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən "CFI" Lider TV-nin həftəlik yayımının 19 saatını öz proqramları ilə təmin edirdi.

"Səda" Lider televiziyasının əsas informasiya proqramı idi. Həftənin 5 günü Azərbaycanda və dünyada baş vermiş ictimai–siyasi, iqtisadi, mədəni prosesləri geniş tamaşaçı auditoriyasına təqdim edirdi. "Səda" hər gün saat 09:00, 13:00, 15:00, 17:00 və 19:00-da efirə çıxırdı. Telekanal həmçinin Azərbaycan Premyer Liqasının, İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-in, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, UEFA Superkubokunun, 2004, 2008-ci illərin Olimpiya oyunlarının, FIFA 2006 və FIFA 2010 Kuboklarının oyunlarını canlı yayımlamışdır.

2008-ci ildə idman kanalının yaradılması ilə əlaqədar müsabiqədə iştirak etsə də AzTV-yə məğlub olaraq idman kanalını yaratmaqdan məhrum olmuşdu. 1 sentyabr 2010-cu il tarixində 10 illik loqotipini dəyişdirmişdir. 1 aprel 2011-ci il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanırdı. Bir müddət sonra "NTV Plus"un kanal siyahısından çıxarılıb.

15 yanvar 2016-cı il tarixində "Azerspace-1" peykində HD sınaq yayıma başlamışdır. Lakin bu yayım 1 aydan sonra dayandırıldı.

8 yanvar 2019-cu ildə qismən 16:9 geniş ekran formatlı yayıma keçmişdir. 1 iyun 2020-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio–Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi "Lider TV və Radio–Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. 16 iyun 2020-ci il tarixində iddia təmin edilib və telekanal və radionun tabe olduğu şirkət müflis elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi.

Beləliklə, "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixində saat 00:00-dan etibarən dayandırılıb.

Bağlanması

2020-ci ilin mart ayının 10-da saat 22:00-da telekanalın yayımı dayandırılıb. MTRŞ sədrinin sözlərinə görə, telekanalda texniki problemlər yarandığına görə yayım dayanıb. Şura tərəfindən Lider TV ilə bağlı heç bir qərar qəbul olunmayıb. MTRŞ-nin aparat rəhbəri isə qeyd edib ki, texniki problem aradan qalxdıqdan sonra Lider fəaliyyətini bərpa edəcək. Martın 11-də telekanalın və radionun fəaliyyəti bərpa edilib.

3 may 2020-ci ildə "O qızı tapın" bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.10-cu maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 6 may 2020-ci il tarixli 5/2 nömrəli qərarı ilə Lider TV-nin yayımı 7 may 2020-ci ildə 1 saatlıq (saat 11:00-dan saat 12:00-dək) dayandırılıb. Telekanal saat 12:00-da fəaliyyətini bərpa edib.

4 avqust 2020-ci ildə saat 20:00–21:00 arası müddətdə 17 dəqiqə 25 saniyə reklam yayımlanması "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 20 avqust 2020-ci il tarixli 12/1 nömrəli qərarı ilə Lider TV-nin yayımı 22 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.

Milli Televiziya və Radio Şurasının 24 may 2021-ci il tarixli iclasında "Lider TV və Radio–Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edildi.

Beləliklə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Loqoları

  • 1 sentyabr 2000–1 sentyabr 2010 tarixləri arasında istifadə etdiyi loqo
    1 sentyabr 2000–1 sentyabr 2010 tarixləri arasında istifadə etdiyi loqo
  • 1 sentyabr 2010–1 iyun 2021 tarixləri arasında istifadə etdiyi loqo
    1 sentyabr 2010–1 iyun 2021 tarixləri arasında istifadə etdiyi loqo

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lider televiziyası haqqında məlumat. Lider televiziyası nədir? Lider televiziyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lətifə

  • Fevral 25, 2026

    Şin

  • Fevral 27, 2026

    I Quaram

  • Fevral 27, 2026

    Firuzabad şəhristanı

  • Fevral 27, 2026

    Robert Qoddard

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst