Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən

Libero (voleybol)

  • Ana Səhifə
  • Vikipediya
  • Libero (voleybol)

Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz çıxa bilərlər.

2004 Yay Olimpiya Oyunlarında amerikan libero Stasi Sikora

Mündəricat

Haqqında

Digər oyunçulardan fəqli olaraq oynuçuların siyahısında adının yanında “L“ hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur. Oyun zamanı servis atılarkən həmin zaman müdafiədə olan oyunçulardan biriylə yer dəyişdirə bilər. Bu yerdəyişmə meydançanın ən arxa mövqeyində edilir. Arxa tərəfdə top qəbuletmə və barmaq pas atma qabiliyyətinə malik olduğu halda, 3 metr məsafədə barmaq pas ata bilməz. Yerinə keçdiyi oyunçu 4-cü zonaya gələrsə və ya başqa bir oyunçuyla dəyişərsə oyundan çıxar. Hər iki vəziyyətdə də oyuna girmək üçün bir xalın qazanılmasını gözləməlidir. Heç vaxt servis ata bilməz və 3 metr məsafədə hücum edə bilməz. Arxa zonadan hücum edə bilər, ancaq tullana bilməz. 3 metr məsafədə tullana bilər. Arxa zonaya gələn topları barmaqla ala bilməz, ancaq istisna hallar da var. Digər iki oyunçuyla yer dəyişdirdikdə hakimə bildirməli, baş məşqçisinə də bu halı söyləməlidir. Fərqli rəngdə forma geyinməsinin səbəbi voleyboldakı estetikliklə əlaqədardır. Bəzən rəqib komandanın da formasını geyinə bilərlər.

Tarixi

Libero voleybola 1998-ci ildə əlavə edilmişdir. Elə həmin il Yaponiyada keçirilən dünya çempionatında ilk dəfə istifadə edilmişdir. Qaydalara görə hər komanda ən çox 2 libero göstərə bilər və bunlardan ən çox birini meydana libero kimi buraxa bilər. 2004-cü ildə edilən dəyişikliyə görə NCAA xaricində bütün turnirlərdə libero yuxarıda bəhs edilən şərtlərlə meydançada ola bilər.

Xüsusiyyətləri

Liberoluq üçün lazım olan xüsusiyyətlər :

  • Yaxşı pas ata bilmək
  • Estetiklik
  • Cəldlik
  • Təmkinlilik
  • Sıçrayış qabiliyyəti

Məşhurlar

Kişi liberolar

  • ABŞ Erik Şoyi (Hypo Tirol İnnsbruk)
  • Türkiyə Hasan Yeşilbudak (Arkas İdman)
  • Rusiya Konstantin Sidenko (Lokomotiv Novosibirsk)
  • İtaliya Massimo Kolaçi (Trentino)
  • Braziliya Serxio Dutra Santos (Serviço Social da İndustria)

Qadın liberolar

  • Dominikan Respublikası Brenda Kastillo (Rabitə Bakı)
  • Rusiya Anna Malova (Dinamo Moskva)
  • Türkiyə Gizəm Qaradayı (Vakıfbank Günəş Sığorta)
  • Polşa Kristina Strasz (Tauron)
  • Almaniya Lenka Dürr (İqtisadçı)
  • Rusiya Svetlana Kryuçkova (Dinamo Krasnodar)
  • Azərbaycan Valeriya Korotenko (Azəryol Bakı)
  • Tailand Vanna Buakeva (İqtisadçı)
  • Yaponiya Yuko Sano (Denso Airybees)
  • Çexiya Yulie Yasova (VK Modranska Prosteyov)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Libero (voleybol) haqqında məlumat. Libero (voleybol) nədir? Libero (voleybol) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dariqa Nazarbayeva

  • Fevral 27, 2026

    Karl Libknext

  • Fevral 27, 2026

    Biharul Ənvar

  • Fevral 27, 2026

    Kəngərli rayonu

  • Fevral 27, 2026

    Rubus laegaardii

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst