Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılova Leyla Rizvan qızı (belar. Лейла Рызванаўна Ісмаілава) – Belarus Respublikasının tanınmış jurnalisti, musiqili televiziya proqramının aparıcısı, model

Leyla İsmayılova

  • Ana Səhifə
  • Vikipediya
  • Leyla İsmayılova

İsmayılova Leyla Rizvan qızı (belar. Лейла Рызванаўна Ісмаілава) – Belarus Respublikasının tanınmış jurnalisti, musiqili televiziya proqramının aparıcısı, model, Minskdə keçirilən 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı (Denis Kuryanla birgə), 2011 Avroviziya Mahnı Müsabiqəsində Belarus üzrə səsvermənin nəticələrini elan edib. O, həmçinin 2012 Avroviziya Mahnı Müsabiqəsinin Belarusda keçirilən seçim turunun aparıcısı olub.

Leyla İsmayılova
belar. Лейла Рызванаўна Ісмаілава
Leyla İsmayılova. Fayl: Rodelio Astudillo.
Leyla İsmayılova. Fayl: Rodelio Astudillo.
Doğum tarixi 28 iyul 1989 (36 yaş)
Doğum yeri Minsk
Belarus Belorusiya SSR
Vətəndaşlığı SSRİ SSRİ → Belarus Belarus
Atası Rizvan İslam oğlu İsmayılov
Anası Halina İvanauna Rujantsova
İxtisası audiovizual jurnalistika
Təhsili Belarus Dövlət Universiteti Jurnalistika İnstitunu
Fəaliyyəti jurnalist, model[d], televiziya aparıcısı
Fəaliyyət illəri 2010 — indiyə qədər
Mükafatları "Miss Minsk — 2009"da "Miss pressa" titulu
"Ən yaxşı musiqili-əyləncəli şou aparıcısı" nominasiyası üzrə "Televiarşinia — 2011" milli mükafatı
leila.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Leyla İsmayılova 28 iyul 1989-cu ildə Minskdə anadan olub. Atası Rizvan İsmayılov, anası minskli Qalina Rujantsovadır. Leyla anadan olandan bir ay sonra ailə Bakı şəhərinə köçüb.

Atasını 3 yaşında ikən itirib. Ağdamda neft bazasının direktoru olan Rizvan İsmayılov Ermənistan–Azərbaycan münaqişəsinin qurbanıdır – o, erməni tərəfinin Ağdam şəhərini bombardman etməsi nəticəsində həlak olub. 3 uşaqla tək qalan anası Minskə köçüb.

Leyla 15 yaşından mətbuatda çıxış etməyə başlayıb. 2006-cı ildə Belarus Dövlət Universitetinin Liseyini (tarix sinfini), sonra isə Jurnalistika İnstitutunu fərqlənmə diplomu ilə (audiovizual jurnalistika, 2011-ci ilin ən yaxşı məzunu) bitirib.

2010-cu ildə Avropa Komissiyasının "Erasmus Mundus" təqaüd proqramı çərçivəsində Yunanıstanın Saloniki şəhərində yerləşən Aristotel Universitetində təhsil alıb. Buradan Minskdə keçirilən "Avroviziya" uşaq musiqi yarışmasının aparıcısının seçim turuna qatılıb. Seçim turundan uğurla keçməsi onun televiziya ilə əməkdaşlığının əsasını qoyub.

Leyla həmçinin musiqi kliplərində, foto və telereklamlarda çəkilib. Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçısıdır. 2011-ci ildən Hollivudun aktyorluq məktəblərindən olan "Playhouse West Acting School and Repertory Theatre"də təhsil alır.

Leylanın anası – rus dili və ədəbiyyatı müəlliməsidir. Böyük bacısı Esmira – jurnalist, iqtisadçı və yazıçıdır. O cümlədən, Azərbaycanın Belarus səfirliyində çalışıb, bir neçə uşaq kitabı nəşr etdirib. Hazırda isə BMT-nin İnkişaf proqramının Minskdə həyata keçirdiyi layihələrdən birinin rəhbəridir. Kiçik qardaşı Bəhram universitetdə təhsil alır.

Əsas televiziya verilişləri

  • 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi – aparıcı.
  • 2011 Avroviziya Mahnı Müsabiqəsi – Belarusun səsvermə nəticələrini elan edən.
  • Birinci milli kanalda "Navahodni ahienchik" (Yeni il bayramı). 2011-ci il – aparıcı.
  • "Nəhənglərin döyüşü" ("Intervilles") əyləncəli idman oyunu, Fransa. 2011-ci il – Belarus komandasının üzvü.
  • "Muzychniya veçary u Mirskim zamku" ("Mir qəsrində musiqi gecəsi"). 2011-ci il – aparıcı.
  • "Slavyanski bazar u Viciebsku" ("Vitebsk Slavyan bazarı") Beynəlxalq İncəsənət Festivalı. 2011-ci il – aparıcı.
  • "Eurafest" (Belarusun "Eurovision-2012" təmsilçisinin seçimi) – aparıcı.

Musiqi klipləri

  • Vinsent — "Vosienski vals"
  • The Maneken — "Obratnyj bilet"

Model

  • Kaliforniya bayrağı. Eşarplar "Caroline Monick" kolleksiyası 2013 (Beverly Hills şəhəri, Los-Anceles, Kaliforniya ştatı, ABŞ)

Təltif və mükafatları

  • "Miss Minsk — 2009"-da "Miss pressa" titulu.
  • Belarus Dövlət Universitetinin Jurnalistika İnstitutunun 2011-ci ildə ən yaxşı məzunu.
  • "Ən yaxşı musiqili-əyləncəli şou aparıcısı" nominasiyası üzrə "Televiarşinia-2011" milli mükafatı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leyla İsmayılova haqqında məlumat. Leyla İsmayılova nədir? Leyla İsmayılova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Terminologiya

  • Fevral 27, 2026

    Təkəli eli

  • Fevral 27, 2026

    Zahirəddin Fəryabi

  • Fevral 27, 2026

    Qazaxıstan Senatı

  • Fevral 23, 2026

    Qıpçaqlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst