Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir

Levaşi

  • Ana Səhifə
  • Vikipediya
  • Levaşi

Levaşi (darg. Лаваша) — Dağıstan Respublikası, Levaşi rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Levaşi rayonunun və Levaşi kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Levaşi
Лаваша
42°25′49″ şm. e. 47°19′17″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.269 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 11.576 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368320
Xəritəni göstər/gizlə
Levaşi xəritədə
Levaşi
Levaşi

Mündəricat

Coğrafiya

Levaşi kəndi Mahaçqaladan 95 km cənub-qərbdə, Qalaqork çayının yatağında (Paraulozen çayının hövzəsi), 1222 metr yüksəklikdə, Buynaks dəmiryolu stansiyasından 67 km cənub-şərqdə yerləşir. Yolların qovşağındadır.

Kəndin tarixi

Kənd XVII əsrdə salınmışdır.

İlk əvvəllər Levaşı kəndi bir yüksəklikdə yerləşirdi. Yerli əhali bu zirvəni «Kyak» adlandırır (təpə mənasını verir).

Kəndlərin mənşəyi haqqında müxtəlif fərziyyələr vardır. Levashi və onun adları haqqında kəndin köhnə sakinləri arasında əfsanələr gəzir. Bu torpaqların Akuşaya aid olduğu, sonra isə Xunzax xanla razılaşma yolu ilə mal-qaranın qarşılığında icarəyə verildiyi barədə əfsanə və hekayələr var. Sonra bu torpaqlarda xunzaxlilar və başqa kəndlərdən gələn köçkünlər mülk sahibi olmağa başlayırlar. Bunun nəticəsində Hahita, Çuqli, Urma, Kulesma, Kutiş və s. kəndlər meydana gəlir. Beləliklə, bütün yaxın kəndlər bu cür formalaşır. Levaşinin özü isə Akuşdan gələn köçkünlər tərəfindən formalaşır.

XVIII əsrin sonlarına olan məlumata görə Levaşı artıq bir yaşayış məntəqəsi olaraq fəaliyyət göstərirdi. Buda məlumdur ki, Levaşi və ətraf kəndin sakinləri ölülərini Aquşa qəbirstanlığında dəfn edirdilər. Bu proses XIX əsrin əvvəllərinə kimi davam etmişdir.

1819-cu ilin dekabrında burada Rusiya İmperator Ordusunun qoşunları ilə Dağıstan icmalarının birləşmiş qüvvələri arasında döyüş baş verib.

Levaşilər maldarlıq və əkinçiliklə məşğul olurdular. İlk olaraq buğda, arpa, çovdar, yulaf, darı, kətan və çətənə kimi bitkiləri əkib-becərirdilər. Daha sonradan oisə qarğıdalı da əkməyə başlamışdılar. İkinci əsas məşğuliyyətləri maldarlıq idi.

Əhali

Milli tərkib

Kəndin böyük əksəriyyətini darginlər təşkil edir — 9083 nəf. (96,09 %). Bununla yanaşı az sayda da olsa digər xalqların nümayəndələri də yaşayır.

Küçələri

Kəndin küçələri:

  • A.Alıyev
  • A.Xutoryanski
  • Əlişeyxla kukri
  • Bezrabotnıx
  • Bekiniz
  • Boqatıryev
  • Буйнакского
  • Vodopravodnaya
  • Voroşilov
  • Q.Həmidov
  • Darginskaya
  • İ. Davudova
  • Dorojnikov
  • Z.Əbdürrəhmanov
  • Zavodnaya
  • İ. Şamil
  • Kirov
  • Kutuzov
  • Lenin
  • M. Hacıyev
  • M.Omarov
  • Markov
  • Marşal Jukov
  • Miçurin
  • Aşağı-Çuqli
  • Pravda
  • R. Nurov
  • S.Orconikidze
  • Sergokalinskoe şossesi
  • Sovet
  • İ.V.Stalin
  • Suvorov
  • Tereşkov
  • F.Engels
  • Şkolnaya
  • E.Kapiyev

Təsərrüfat

Levaşi Mərkəzi dağlıq Dağıstanın əhəmiyyətli bir ticarət mərkəzidir.

  • Pendir istehsalı, yem fabrikləri və digər müəssisələr.
  • Bağçılıq və bostançılıq: kələm, buğda, arpa, yulaf, qarğıdalı, kartof.
  • İri maldarlıq və davarçılıq.
  • Daş-mədən hasilatı

Tanınmış şəxsləri

Maqomedəli Maqomedov (1930) — Rusiya siyasi və dövlət xadimi, DMSSR Nazirlər Sovetinin sədri (1983-87-ci illərdə), Dağıstan MSSR Ali Şurası Rəyasət Heyətinin sədri (1987-1990-cı illərdə), Dağıstan MSSR Ali Şurasının sədri (1990-94), Dağıstan Respublikası Dövlət Şurasının sədri (1994-2006).

Maqomedsalam Maqomedov (1 iyun 1964) — Rusiya siyasətçi və dövlət xadimi, Dağıstan Respublikasının 2-ci prezidenti (2010-13-cü illərdə), Dağıstan Milli Məclisinin sədri (2006-2007).

Nəbi İbrahimov (1935) — RF xalq artisti, teatr və kino aktyoru.

İzdaq Moqamedov (1937) — Dağıstanın xalq artisti, teatr və kino aktyoru.

Nəriman əliyev (1939) — Dağıstanın xalq artisti, teatr və kino aktyoru.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Levaşi haqqında məlumat. Levaşi nədir? Levaşi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaçaq Kərəm

  • Fevral 27, 2026

    Babadərviş mağarası

  • Fevral 27, 2026

    Ağdam (şəhər)

  • Fevral 27, 2026

    NoSQL

  • Fevral 23, 2026

    14 sentyabr

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst