Laplandiya (fin Lappi; isv. Lappland) - Finlandiyanın ən şimalda yerləşən və ən böyük vilayətidir. Bu vilayət cənubdan Şimali Ostrobotniya vilayəti ilə sərhəddir. Bundan başqa, Laplandiya Botnik körfəzi, İsveçin Norrbotten leni, Norveçin Troms-oq-Finnmark qraflığı və Rusiyanın Kareliya Respublikası və Murmansk vilayəti ilə əhatələnib. Mərkəzi Rovaniemi şəhəridir.
| Laplandiya | |||
|---|---|---|---|
| Lappi Lappland | |||
| |||
| |||
| | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Yaradılıb | 1 yanvar 2010 | ||
| Sahəsi |
| ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| ISO kodu | FI-10 | ||
| Rəsmi sayt | |||
![]() | |||
![]() | |||
Coğrafiyası
Laplandiya bölgəsinin sahəsi 100,367 km² təşkil edir ki, bu da 92,667 km² quru torpaq, 6,316 km² şirin su və 1,383 km² dəniz suyundan ibarətdir. Bölgənin əsas 3 çayı var: Tana, Muoniyo və Torne. Ən böyük göl İnari gölüdür (1,102 km²). Ən hündür nöqtəsi Haltidir (1324 m). Ərazisindən Skandinaviya dağları keçir.
Rayonlar

Vilayət 7 rayon və 21 kommunadan ibarətdir. Rovaniemi, Torniyo, Kemi və Kemiyarvi kommunalarının şəhər statusu var.
| Kommuna | Əhali (31.12.2018) | Ərazi (km²) | Sıxlıq (1 km²-ə düşən əhali) | Rayon | |
|---|---|---|---|---|---|
| Rovaniemi | 62,963 | 8,016.84 | 7.85 | Rovaniemi | |
| Torniyo | 21,872 | 1,348.85 | 18.84 | Kemi-Torniyo | |
| Kemi | 21,024 | 747.51 | 232.23 | Kemi-Torniyo | |
| Sodankyulya | 8,442 | 12,415.48 | 0.76 | Şimali Laplandiya | |
| Keminmaa | 8,149 | 647.23 | 13.69 | Kemi-Torniyo | |
| Kemiyarvi | 7,375 | 3,930.91 | 2.29 | Şərqi Laplandiya | |
| İnari | 6,911 | 17,333.54 | 0.45 | Şimali Laplandiya | |
| Kittilya | 6,423 | 8,262.94 | 0.79 | Aşağı Laplandiya | |
| Yulitorniyo | 4,017 | 2,212.38 | 2.22 | Torne dərəsi | |
| Ranua | 3,895 | 3,694.80 | 1.21 | Rovaniemi | |
| Kolari | 3,824 | 2,617.77 | 1.51 | Aşağı Laplandiya | |
| Salla | 3,493 | 5,873.08 | 0.68 | Şərqi Laplandiya | |
| Pello | 3,439 | 1,863.68 | 2.17 | Torne dərəsi | |
| Posyo | 3,236 | 3,544.81 | 1.20 | Eastern Lapland | |
| Tervola | 3,063 | 1,592.04 | 2.12 | Kemi-Torniyo | |
| Simo | 3,044 | 2,086.39 | 2.34 | Kemi-Torniyo | |
| Muoniyo | 2,302 | 2,037.80 | 1.25 | Aşağı Laplandiya | |
| Enontekiyo | 1,856 | 8,391.35 | 0.24 | Aşağı Laplandiya | |
| Utsyoki | 1,232 | 5,372.01 | 0.25 | Şimali Laplandiya | |
| Savukoski | 1,016 | 6,495.95 | 0.17 | Şərqi Laplandiya | |
| Pelkosenniyemi | 954 | 1,881.57 | 0.53 | Şərqi Laplandiya | |
| Ümumi | 178,530 | 100,366.93 | 1.78 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, laplandiya (finlandiya) sözünün mənası, laplandiya (finlandiya) haqqında məlumat. laplandiya (finlandiya) nədir? laplandiya (finlandiya) nə deməkdir?

![Gerb[d]](/uploads/wikipedia/ad1b3adaa16c25be5e4eab5ac1e98179.png)
