Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talışların yaşayış şəraiti onların təsərrüfat quruluşundan, təbii-iqlim şəraitindən asılı olaraq dəyişir. Qriqori Çursin yazır: "Yayda evlərdə rütubətin yarandı

Ləm abidəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Ləm abidəsi

Ləm (tal. Ләм) — talışların ənənəvi yay evi.

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən məşhur ləm

Talışların yaşayış şəraiti onların təsərrüfat quruluşundan, təbii-iqlim şəraitindən asılı olaraq dəyişir. Qriqori Çursin yazır: "Yayda evlərdə rütubətin yarandığı, malyariya xəstəliyinin baş qaldırdığı Lənkəran ovalığında yayda qalmaq üçün xüsusi "ləm" otaqları təşkil edilir. Bu, dörd sütun üzərində bir növ taxta qüllədir və 4–5 metr hündürlükdə taxta məhəccərlərlə əhatə olunur. Bu qülləyə nərdivan ilə çıxılır."

Ləm insanları yay və payız aylarında ağcaqanadlardan qoruyurdu. Ləmlərin ətrafında həsirlər asılırdı. Ləmin quruluşu yayda sərinliyi təmin edirdi. Ona görə də yay aylarında həyətdə ləmin olmasını hamı vacib hesab edirdi.

XX əsrin birinci rübündən etibarən ləmdən istifadə azalmağa və yox olmağa başladı. Sovet hökuməti bataqlıqları qurutmaq, ağcaqanadları məhv etmək üçün işlər apardı, nəticədə ləmə olan ehtiyac ortadan qalxdı.

İnşası

Ləm iki mərtəbəli divarsız binadır. Birinci mərtəbədə torpaq platforma və ya 1 metr qaldırılmış taxta platforma olur. İkinci mərtəbə adətən 3-3,6 metr hündürlükdə yerləşir və sütunlara söykənir. XIX əsrin sonlarında dayaq sütunları bəzən bişmiş kərpicdən hazırlanırdı, lakin buna daha çox varlı kəndlilərin evlərində rast gəlinirdi. Ləmin dam örtüyü digər talış evləri ilə eyni, yəni yerli tipli cildən (tal. леғ) ibarət idi. Binanın ikinci mərtəbəsinə pilləkənlərlə, bəzi hallarda isə nərdivanla çıxmaq olardı.

Ədəbiyyat

  • Чурсин Г. Ф. Талыши. — Тифлис: Этнографические заметки // Известия кавказского историко-археологического общества, 1926. — том 4. — С. 15-45
  • Джавадов Г. Д. Талыши (Историко-этнографическое исследование). — Баку: Elm, 2004. С. 199—221. — 616 с.
  • Введение в историю и культуру талышского народа / под ред. Г. С. Асатряна. — Ереван: «Кавказский центр иранистики», 2011. — 200 с. — ISBN 978-99930-69-69-0
  • Рисс, П. Ф. О талышинцах, из образе жизни и языке // Записки Кавказского отдела Императорского Русского Географического общества. — Тифлис, 1855. — Т. 3. — С. 4—5.
  • Измайлова А. А. О жилищах Ленкоранской низменности // Доклады Академии Наук Азербайджанской ССР, Баку. — 1965. — Т. XXI, № 1. — С. 59-63.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ləm abidəsi sözünün mənası, ləm abidəsi haqqında məlumat. ləm abidəsi nədir? ləm abidəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sulak çayı

  • Mart 06, 2026

    Xankəndi FK

  • Mart 01, 2026

    Berserk

  • Fevral 27, 2026

    Dondar Quşçu

  • Fevral 27, 2026

    Texas ştatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst