Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlar

Ləki

  • Ana Səhifə
  • Vikipediya
  • Ləki

Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə.

Ləki
40°33′17″ şm. e. 47°25′38″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ləki xəritədə
Ləki
Ləki

Mündəricat

Toponimikası

Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur.

Ümumi məlumat

Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir.

Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, 1908-ci ildə açılmış pambıq yağı zavodu, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir.

Əhalisi

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı.

Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir. Qəsəbə əhalisi Ağdaş rayonunu əhalisinin 4.04 faizini təşkil edir. Əhalinin 1897 nəfəri kişi, 2005 nəfəri isə qadındır. Əhali aqrar sektorda və xidmət sahələrində çalışır. Son dövrün aqrar islahatları əhalinin rifahını yaxşılaşdırsa da, işsizlik səviyyəsi yüksək olaraq qalır.

İqlimi

İqlimi mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Yay aylarında orta temperatur 25-35 dərəcə arasında dəyişir və havalar adətən quraq keçir. Yaz fəslində mülayim olan hava qışda şaxta ilə səciyyəvidir. Orta qış temperaturu -4-dən +10 dərəcəyə qədər dəyişir. 2008-ci ilin yanvar-fevral aylarında Ləki qəsəbəsində son 20 ilin ən soyuq şaxtalı havası müşahidə olunmuşdur (-15 dərəcə).

Tanınmış şəxsləri

  • Mirzə İsmayıl Qasir - XIX əsr Azərbaycan ədibi
  • Faris Səfərov - Sovet İttifaqı Qəhrəmanı
  • Tofiq Qasımov - Azərbaycanın xarici işlər naziri (1992–1993)

Küçələri

Ləki qəsəbəsinin əsas küçələri:

  • Ceyhun Məmmədov küçəsində pambıqtəmizləmə zavodu, qəsəbə kitabxanası, qəsəbə poçtu, qəsəbənin telefon kommunikasiya qovşağı, qəsəbə musiqi məktəbi, qəsəbə poliklinikası, qəsəbənin işıq paylaşdırılması şəbəkəsi (yarımstansiyası) və qəsəbə məscidi yerləşir.
  • Mətləb Mustafayev küçəsində Ləki stansiyası, Ağdaş İcra Hakimiyyətinin Ləki qəsəbə İcra Ərazi vahidliyi üzrə Nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin binası yerləşir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ləki sözünün mənası, ləki haqqında məlumat. ləki nədir? ləki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Geranium argenteum

  • Mart 06, 2026

    Benthamia

  • Mart 04, 2026

    Bazar (iqtisadiyyat)

  • Mart 01, 2026

    Sisak döyüşü

  • Fevral 27, 2026

    Kama çayı

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst