Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərrüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab,

Lək (Ucar)

  • Ana Səhifə
  • Vikipediya
  • Lək (Ucar)

Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.

Lək
40°22′59″ şm. e. 47°39′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3746 (2009) nəfər
Xəritəni göstər/gizlə
Lək xəritədə
Lək
Lək

Mündəricat

Tarixi

Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərrüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var. İ.Stalinin 1947-52-ci illər ərzində indiki Ermənistan ərazisində yaşayan soydaşlarmızı öz əzəli ata-baba yurdlarından məcburi köçürlməsi nəticəsində bu kəndə bir neçə ailə pənah gəlmiş və yerli kəndlilər ilə birlikdə mehriban və qardaşlıq şəraitində kolxozda birgə çalışmışlar. Sovet ordusunun Əfqanıstandan apardığı mənasız və lazımsız müharibə nəticəsində bu kəndin gəncləri fəal iştrak etmiş həlak olmuşlar,əlil olub el-obalarına qayıtmışlar.

Toponimikası

Tədqiqat­çılar bu oykonimi Qafqaz Albaniyasında ya­şamış qədim leq/lək tayfasının adı ilə əlaqələn­dirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.

Mədəniyyəti

Kənddə XX əsrin əvvələrindən qalmış hamam və 1991-ci ildə inşa edilmiş məscid mövcuddur. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin qərb hissəsində qəbiristanlıq yaxınlığında XX əsrin 50-ci illərində əkin üçün kolxoz tərəfindən aparılmış şumlama zamanı torpaq sahəsindən qazıntı nəticəsində bişmiş kərpicdən ibarət müxtəlif tipli tikililər aşkar edilmiş lakin ehtiyatsızlıq ucbatından qeyd edilən tikililər arxealoji araşdırma aparılmadan dağılmışdır.

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzünün cənub-qərbində yerləşir. Quru-subtropik iqlimə malikdir. Yayı isti orta temperatur 38-43 dərəcə,qışı mülayim keçən iqlimə malikdir. Bu ərazinin torpağı uzun illər melorasiya tədbirlərinin aparılmaması nəticəsində hektarlarla torpaqlarda şoranlaşma gedərərk əkinə yararsız olmuşdur. Kəndin içməli su resursları məhduddur. Kənd əhalisi təsərüffat sahələrini suvarmaq üçün kənd yaxınlığından keçən göyçay çayının suyundan istifadə edir. Kənd rayon mərkəzindən 20 km cənubda ucar-zərdab avtomabil yolunun kənarında yerləşir.

Əhalisi

Kənd əhalisinin sayı təxminən 7 min nəfərdən artıqdır. 2009-cu ildə isə əhalinin sayı 3746 nəfər olmuşdur.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşuliyyəti taxılçılıq, heyvandarlıq, tərəvəzçilk, bağçılıqdan (narçılıq) ibarətdir.

Həmçinin bax

  • Lək bələdiyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lək (Ucar) haqqında məlumat. Lək (Ucar) nədir? Lək (Ucar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Özəlləşdirmə

  • Fevral 27, 2026

    Şeyxülislam

  • Fevral 27, 2026

    Poçtalyon

  • Fevral 27, 2026

    Kalliopa

  • Fevral 27, 2026

    II Mahmud

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst