Kələxan — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. 15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Kələxan kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Kələxan | |
|---|---|
| 38°39′00″ şm. e. 48°20′56″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.532 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Kələxan | |
Toponimiyası
"Kələxan" sözü "Qalaxan" sözündən götürülüb (Lənkəran qəzasının sosial–iqtisadi vəziyyəti. 19-cu əsrin sonları 20-ci əsrin əvvəlləri. Leyla Məcidova. Səh.98–99), mənası "Xan qalası" deməkdir. Kənd əhalisi "Qala" sözünü ləhcə ilə "Qələ" kimi səsləndirir. Bunu ərazidə mövcud olan "Kələ, Qələ, Kəl və s." sözləri ilə başlayan toponimlərdə də görmək olur (Qələvər, Kələkli, "Qala" və s.). Qala dağında dağıdılmış qalanın qalıqları var.
Əhalisi
Kələxan kəndinin əhalisi türk tayfalarıdır. Əhalisinin sayı 483 nəfərdir. 1951–1952-ci ildə məşhur "köçürülmə" siyasətinə məruz qalan yerli xalq 1956-cı ildə Muğandan (Salyan, Neftçala, Biləsuvar, Cəlilabad) təkrarən geri, doğma torpağa qayıtmışdır. Lakin Lənkəran, Lerik və Respublikamızın digər şəhərlərinə köçənlər isə geri qayıtmamış, yaşadıqları yerlərin ictimai, siyasi və iqtisadi inkişafında mühüm töhfələr vermişlər. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. Kənddə Pirili, Kərəmbabalı, Muradxanlı və Əlyarlı tayfaları yaşayır. Kənd əhalisinin böyük əksəriyyəti ziyalıdır və dövlət orqanlarında çalışırlar. Yay aylarında unikal görünüşə malik Qala dağını çoxlu turist ziyarət etməyə gəlir. Zuvand mahalının mərkəzindədir və ən böyük kəndlərindən biridir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kələxan haqqında məlumat. Kələxan nədir? Kələxan nə deməkdir?
