Kvareli (gürc. ყვარელი) — Gürcüstanın şərqində, Kaxeti bölgəsində şəhər. 1964-cü ilə qədər qəsəbə statusunu daşıyırdı, o ildən sonra şəhər statusu verildi. Kaxetinin Kvareli bələdiyyəsinin mərkəzidir.
| şəhər | |||
| Kvareli | |||
|---|---|---|---|
| gürc. ყვარელი | |||
| |||
| |||
| 41°57′00″ şm. e. 45°49′00″ ş. u.HGYO | |||
| Ölkə | | ||
| Bölgə | Kaxeti | ||
| Rayon | Kvareli bələdiyyəsi | ||
| Tarixi və coğrafiyası | |||
| Yaşayış məntəqəsi statuslu | 1964-cü il | ||
| Mərkəzin hündürlüyü | 508 m | ||
| Saat qurşağı | UTC+4 | ||
| Əhalisi | |||
| Əhalisi | 7 739 nəfər (2014) | ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +995 4800 | ||
| Poçt indeksi | 4800 | ||
![]() Kvareli ![]() Kvareli | |||
Şəhər Alazan-Həftəran vadisində yerləşir.
Kvareli şəhərinin sənayesi regionun kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrdən ibarətdir. Bundan başqa yerli xammalla işləyən kərpic zavodu da mövcud idi.
İlya Çavçavadze, Konstantin Marcanişvili və Nikolay Çavçavadze kimi Gürcüstanın görkəmli şəxsləri bu şəhərdə anadan olmuşdular.
Şəhər əhalisi getdikcə azalır, 2014-cu ilki siyahıyaalınmaya görə şəhərdə 7739 nəfər yaşayırdı, 1970-ci ildə bu rəqəm 9500-ə bərabər idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kvareli haqqında məlumat. Kvareli nədir? Kvareli nə deməkdir?

