Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Almaniya Federativ Respublikası) — alim, Nobel mükafatçısı.

Kurt Alder

  • Ana Səhifə
  • Vikipediya
  • Kurt Alder

Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Almaniya Federativ Respublikası) — alim, Nobel mükafatçısı.

Kurt Alder
alm. Kurt Alder‎
Doğum tarixi 10 iyul 1902(1902-07-10)[…]
Doğum yeri
  • Xojuv[d], Almaniya imperiyası
Vəfat tarixi 20 iyun 1958(1958-06-20)[…] (55 yaşında)
Vəfat yeri
  • Köln, Almaniya Federativ Respublikası
Elm sahəsi kimya
İş yerləri
  • Köln Universiteti,
  • Kil Universiteti
Təhsili
  • Kil Universiteti,
  • Humboldt adına Berlin Universiteti
Elmi rəhbəri Otto Dils
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Bavariya Elmlər Akademiyası[d]
Mükafatları Kimya üzrə "Nobel" mükafatı — 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır.

Elmi naliyyələri

Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası). Gərilmiş əlaqəli üzvi birləşmələrin reaksiya qabiliyyətlərini və reaksiyaların getməsinin stexiometrik xüsusiliyini öyrənmişdir. Dien sintezinə əks olan reaksiyanın (retrodien parçalanması) mümkünlüyünü müəyyən etmiş və onun geniş istifadə imkanlarını göstərmişdir. En sintezi reaksiyasını kəşf etmişdir. Bu reaksiya allil hidrogen atomu olan olefinlərin dienofilə birləşmə reaksiyasıdır. 1940-cı ildə Alder müəyyən etmişdi ki, tsiklopentadien qızdırıldıqda özünə vinilasetatı birləşdirərək doymamış asetat əmələ gətirir ki, o da doymamış spirtə çevrilə bilir. 1956-cı ildə tsiklopentananın alınma üsulunu işləyib hazırlamışdır.

İş yeri

1936-1940-cı illərdə Leverkuzendə “İ.Q. Farben industri” konserninin şöbəsinin elmi rəhbəri, 1940-cı ildən Köln universitetinin kimya institutunun direktoru olmuşdur.

Mükafatları

  • Alder 1950-ci ildə “dien sintezinin kəşfi və inkişafına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. (Dils-Alder reaksiyası)
  • Alder Alman kimya cəmiyyətinin Emil Fişer medalı ilə də təltif olunmuşdur.
  • Ona Köln və Salamanksk universitetlərinin bir çox tibb fakultələrinin fəxri dərəcələri verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kurt Alder haqqında məlumat. Kurt Alder nədir? Kurt Alder nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaxş çayı

  • Fevral 24, 2026

    Amerikan Samoası

  • Fevral 27, 2026

    Şeffild Universiteti

  • Fevral 27, 2026

    Cinsiyyət sistemi

  • Fevral 26, 2026

    Hindlilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst