Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarını

Kumul xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Kumul xanlığı

Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi.

Sin imperiyasından yarımasılı (1696-1912) Çin Respublikasından yarımasılı (1912-1930)
Kumul xanlığı
Kumul xanlığı
Bayraq
Bayraq
1696 — 1930
Paytaxt Kumul
Dil Cığatay dili
Rəsmi dilləri uyğur
Din İslam
Əhalisi uyğurlar
İdarəetmə forması monarxiya

Mündəricat

Tarixi

Yaranması

Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.

1647-ci ildən başlayaraq Kumul xanları Sin sülaləsinə tabe oldular və xərac verməyə başladılar. 1696-cı ildə Oryat-Mancur müharibəsi zamanı Min sülaləsinin vassalı kimi müharibəyə quşulduğundan Abdulla bəyə "Yasak Tarxan" titulu verildi.

Xanlıq Min sülaləsi uğrunda Cunqarlarla vuruşurdu. Sincan 1884-cü ildə Dunqan üsyanından sonra bir əyalətə çevrildikdə də Kumul vassal xanlıq olmağa davam edirdi..

İdarə olunması

Xanlar həmçinin Sin imperatorundan Qinvanq ("birinci dərəcəli şahzadə") titulunu da almışdılar. Xanlar Sin sarayından edam qərarları istisna olmaqla, geniş səlahiyyətlər əldə etmişdilər. Edam qərarını yalnız Kumulda oturan çinli məmuru verə bilərdi. Xanlar rəsmi olaraq Çin imperatorunun vassalı idi və hər altı ildən bir imperatora şəxsən qulluq etmək üçün Pekinə getməli idilər.

Xanlıq Kumul knyazlığı olaraq da bilinirdi. Çinlilər isə onu Hami adlandırırdılar. Xanlar İmperator sarayı və Çin məmurları ilə dostluq münasibəti saxlayırdılar.

Məhəmməd Xan və onun xələfi olan Şah Maqsud təbələri üzərinə ağır vergilər qoyur və məcburi əməyə cəlb edirdilər. Bu da 1907-ci və 1912-ci illərdə onların hakimiyyətinə qarşı iki üsyana gətirib çıxarmışdı.

Xana dövlətin idarə edilməsində vəzir kömək edirdi. Son xan Şah Maqsud Hami knyazı Yulbars Xanı baş vəzir təyin etmişdi..

Xanlığın ləğvi

Xan Urumçidə olan Sincan hökumətinə xərac verirdi.. Sincanda oturan Sin valisi Yanq Zenqxin ruhən monarxist idi və xanlığın işlərinə qarışmırdı. Buna görə də Xan Şah Maqsudla mehriban münasibətlər saxlayırdı. Uyğurları üsyan etməkdən çəkindirən xanlığın mövcudluğu idi. Belə ki, xanlıq hökuməti özlüyündə onlarla eyni milliyyətə və dinə malik idi. Xanlığın ləğvi isə qanlı üsyana gətirib çıxardı.. 1930-cu ildə Xan Şah Maqsudun ölümündən sonra Jin Şuren xanlığı Hami, İe və Yivu inzibati bölgəsi olmaqla, üç əyalətə böldü. Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı. Həm xanlığın ləğvi həm də bütün bunlar Kumul üsyanına səbəb oldu və bu müddət ərzində Yulbars Xan Nasiri varis kimi taxta qaytarmağa çalışdı.. Üsyançılar əvvəl müvəfəqiyyət qazanıb Bəşirin oğlu Nasiri xan elan etsələrdə, məğlub oldular. Sonuncu xan Nasir isə həbs edilərək zindana atıldı. O, 1949-cu ildə həbsxanada öldü.

Kumul xanları

Kumul Xanlığını xan idarə edirdi. Onlar hakimiyyətə irsən yiyələnirdilər. Kumula rəhbərlik edən xanların siyahısı aşağıdakı kimidir:

XanlarAdıhakimiyyət illərihaqqında məlumat
1-ci xanAbdulla Bəy 額貝都拉 é-bèi-dōu-lā1697-1709Xanlıqda hakimiyyətinin 36-cı ilində o, Birinci dərəcəli "Yasak Tarxan" titulunu aldı. Xanlıqda hakimiyyətinin 48-ci ilində ölmüşdür.
2-ci xan郭帕 guō-pà, Qapur Bəy1709-1711Abdulla Bəyin böyük oğlu. Xanlıqda hakimiyyətinin 48-ci ilində Birinci dərəcəli "Yasak Tarxan" titulu unvanına layiq görüldü. Xan hakimiyyətinin əllinci ilində vəfat etmişdir.
3-cü xanEmin 額敏 É-mǐn1711-1740Qapur bəyin böyük oğlu. Xanlıqda hakimiyyətinin 50-ci ilində Birinci dərəcəli "Yasak Tarxan" titulu unvanına layiq görüldü. Yonqzenqin hakimiyyətinin beşinci ilində Zenqquo Qonq (鎮國公) (Dövləti qoruyan hersoq) vəzifəsinə yüksəldi; Yonqzenqin hakimiyyətinin 7-ci ilində Quşan Beizi (固山 貝 子) (Bayraq Şahzadəsi) vəzifəsinə yüksəldi. Qianlunun hakimiyyətinin 5-ci ilində isə vəfat etmişdir.
4-cü xanYusif 玉素甫 Yù-sù-fǔ və yaxud Yusif 玉素卜yù sù bǔ1740-1767Eminin böyük oğlu. Qianlunun hakimiyyətinin beşinci ilində Jasaq Zenqo Qonq rütbəsini miras aldı. Qianlunun hakimiyyətinin 10-cu ilində Quşan Beiziyə yüksəldi. Qianlunun hökmranlığının 23-cü ilində Beile Pinji (貝勒 品級) titulu aldı. Qianlunun hökmranlığının 24-cü ilində ona Duoluo Beile (多羅貝勒), Junvanq Pinji (郡王 品級) titulu verildi. 31-ci ilinin 12-ci ayında (1767-ci il yanvar) ölmüşdür.
5-ci xanİsaq 伊薩克 yī-sà-kè1767-1780Yusifin ikinci oğlu. Qianlunun hökmranlığının 32-ci ilində Junvanq Pinji Jasaq Duoluo Beil titulunu miras aldı. Hakimiyyətinin 45-ci ilində vəfat etmişdir.
6-cı xan額爾德錫爾 é-Ěr-dé-xī-ěr1780-1813İsaqın böyük oğlu. Qianlunun hakimiyyətinin 45-ci ilində Junvanq Pinji Jasaq Duoluo Beil titulunu miras aldı. 48-ci ildə imperator əmri ilə ona daimi varislik verildi (bütün nəsilləri avtomatik olaraq titulunu miras alacaqdı). İmperator Jiaqinqin hakimiyyətinin 18-ci ilində öldü.
7-ci xanBəşirr 博錫爾 bó-xī-ěr1813-1867é-Ěr-dé-xī-ěrin oğlu. Jiaqinqin 18-ci ilində hakimiyyəti miras aldı (atasının titulları ilə). Daoquanqın hökmranlığının 12-ci ilində Duoluo Junvanqa yüksəldi 多 羅 郡王. Xianfenqin hakimiyyətinin üçüncü ilində ona Qinvang 親王 rütbəsi verildi. Tonqzinin hakimiyyətinin beşinci ilində Dunqan üsyanı başladı, lakin o (Tsinə) sadiq qaldı. Tonqzinin hakimiyyətinin altıncı ilində, ölümündən sonra Hezhuo Qinvanq 和碩親王 tituluna layiq görüldü.
8-ci xanMəhəmməd 賣哈莫特 mài-hǎ-mò-tè1867-1882Bó-xī-ěrin oğlu. Tonqzinin hakimiyyətinin altıncı ilində Jasaq Hesuo Qinvanq titulunu miras aldı. Quanqxunun hakimiyyətinin yeddinci ilində öldü və titulunu alacaq varisi qalmamışdı.
9-cu xanŞah Maqsud 沙木胡索特 shā-mù-hú-suǒ-tè1882-1930Məhəmmədin qardaşı oğlu. Quanqxunun hakimiyyətinin səkkizinci ilində hakimiyyəti miras aldı. Çin Respublikasının dördüncü ilində Qinvanq olaraq maaşı ikiqat artırıldı. Çin Respublikasının 19-cu ilində altıncı ayın altıncı günü, xəstəlikdən vəfat etdi.
10-cu xanNasir 聶滋爾 niè-zī-ěr1930-1934Şah Maqsudun ikinci oğlu. Çin Respublikasının 19-cu ilində, 9-cu ayın 13-də titullarını miras aldı. Çin Respublikasının 23-cü ilində öldü. In the 23rd year of the Republic he died.
11-ci xanBəşir 伯錫爾 bó-xī-ěr1934-1949Nasirin böyük oğlu. Respublikanın 23-cü ilinin dördüncü ayında hakimiyyəti miras aldı. Lakin Kulum üsyanı da iştirak etdiyi zaman tutuldu və həbsxanaya göndərildi. 1951-ci ildə həbsxanada olarkən ölmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kumul xanlığı haqqında məlumat. Kumul xanlığı nədir? Kumul xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Beyrut

  • Fevral 27, 2026

    Əsgərabad (Sərab)

  • Fevral 27, 2026

    Chlidonias

  • Fevral 27, 2026

    Xosrava (Salmas)

  • Fevral 27, 2026

    Dəmir adam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst