Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krit əmirliyi — Krit adasında 825 - 961 -ci illərdə mövcud olmuş müsəlman dövləti. Ada əhalisi və hakim Hafsid sülaləsi islamın sünni təriqətinə ibadət edirdilə

Krit əmirliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Krit əmirliyi

Krit əmirliyi — Krit adasında 825 - 961 -ci illərdə mövcud olmuş müsəlman dövləti. Ada əhalisi və hakim Hafsid sülaləsi islamın sünni təriqətinə ibadət edirdilər.

Krit əmirliyi
Paytaxt İraklion
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar



Yunanların üsyanı

Aralıq dənizinin ən strateji məkanlarından hesab edilən Kritdə Qərb dövlətləri və Rusiya Osmanlı əleyhinə adadakı yunanları üsyanlara təhrik edirdilər. Onu da deyək ki, Krit adası hələ eramızdan əvvəlki yüzilliklərdə yunanlar tərəfindən işğal edilmiş və uzun müddət Bizansın idarəçiliyi altında olmuşdu. 823-cü ildə ərəblər Kriti ələ keçirərək adanı özlərinə birləşdirdilər. Ancaq ərəblərin zəifləməsindən istifadə edən Bizans 961-ci ildə Kriti yenidən işğal etdi. Amma sonralar adanın əhəmiyyətini dərk edən xaçlı cəngavərləri onu Bizansın əlindən aldılar. Krit əvvəlcə genuyalıların əlinə keçdi. 1204-cü ildə Konstantinopolu işğal edən xaçlılar bu dəfə Krit adasını 15 kiloqram qızıla Venesiyaya satdılar. Bu adalar uzun müddət Aralıq dənizində xaçlıların Şərqə yürüşləri üçün tramplin rolunu oynadı. Xaçlılar bu adadan tez-tez Osmanlı gəmilərinə hücum edir və onları talayırdılar. Bunun qabağını almaq üçün Osmanlı da ara-sıra adaya qarşı əks-hücumlar təşkil edirdi. 1341-ci ildə Osmanlı əsgərləri ilk dəfə olaraq Kritə çıxdılar. Oradakı quldur yuvalarını dağıdan Osmanlı əsgərləri sonra müəyyən səbəblər üzündən Kriti tərk etdilər. Osmanlı əsgərləri ikinci dəfə Kritə 1427-ci ildə hücuma keçdilər və oradakı quldur dəstələrini yenə darmadağın etdilər. Kritə hücumlar 1538-ci ildə Barbaros Xeyrəddin Paşanın dövründə də davam etmişdi. Amma hər dəfə də Osmanlı əsgərləri Kriti tərk etdikdən bir müddət sonra adada quldurlar yenidən baş qaldırır və türk gəmiləri üzərinə hücumlar edirdilər. Bu da sonda Osmanlının səbrini tükəndirdi və adanın ələ keçirilməsi qərara alındı. Ona görə də 1645-ci ilin may ayının 11-də Osmanlı əsgərləri adaya hücuma başladılar. Amma ada hər tərəfdən yaxşı müdafiə olunurdu. Ona görə də bu adanın alınması Osmanlı ordusuna 24 ilə başa gəldi. 1669-cu il, sentyabr ayının 27-də Krit adası, nəhayət ki, Osmanlı tərəfindən fəth edildi. Adanın alınması zamanı Osmanlı 50 min nəfər əsgər itirdi. Ada venesiyalıların işğalı altında olan zaman bura katoliklərin əsas dini mərkəzlərindən birinə çevrilmiş, pravoslav kilsəsinin fəaliyyəti isə qadağan edilmişdi. Amma Osmanlının zəifləməsi və Qərb dövlətlərinin ona qarşı birləşməsi adadakı yunanları cəsarətləndirməyə başladı. Adada Qərb casuslarının iştirakı ilə yunanlar 1791-ci ildə Bizans imperatorluğunun bərpasını nəzərdə tutan xəritə üzərində işləməyə başladılar. 1796-cı ildə “Meqalı-İdea”adlı xəritə nəşr edildi. “Meqali-İdea”da yuxarıda qeyd etdiyimiz kimi, Yunanıstanın müstəqilliyinin əldə edilməsi, Qərbi və Şərqi Trakiyanın, Salonikin, Şimali Epirin, Egey dənizindəki adaların, Kritin, Rodosun, Qərbi Anadolunun, Kiprin, İmroz və Bozcadanın ilhaqı, İstanbulun işğalı və Böyük Bizans İmperiyasının bərpa edilməsi nəzərdə tutulurdu. Öncədən onu da deyək ki, “Meqali-İdea” da nəzərdə tutulanların əksəriyyətini yunanlar reallaşdırıblar. Belə ki, Yunanıstan 1829-cu ildə Moranı, 1864-cü ildə Yeddi adanı, 1881-ci ildə Teselayı, 1913-cü ildə Kriti, Balkan savaşından (1912-ci il) sonra Egey adalarını, Makedoniyanın bir hissəsini, Epiri (Yanya), I Dünya müharibəsinin sonunda Dədəağacı, Trakiyanı (sonralar Lozanna anlaşmasına əsasən, Şərqi Trakiya Türkiyəyə qaytarıldı), II Dünya savaşından sonra isə On İki adanı işğal etdi. Hazırda “Meqali-İdea”nın əsas hədəfi Şimali Kipri tamamilə ələ keçirmək və onu Yunanıstana birləşdirməkdir. Bununla əlaqədar Avropa Birliyi Türkiyənin adıçəkilən quruma üzvlüyü məsələsindən təzyiq vasitəsi kimi istifadə edir. Kiprin tamamilə Yunanıstana birləşməsi planının arxasında isə yenə də 19-cu əsrdən etibarən Osmanlıya qarşı xaçlı savaşlarını başladan və hazırda onu yeni müstəvidə davam etdirən Fransa, İngiltərə, Rusiya və Almaniya dayanır.

Ədəbiyyat

  • Рыжов К. Все монархи мира. Мусульманский Восток VII-XV вв. М.Ş изд. Вече,2004, стр.473-4, стр.544, isbn 5-94538-301-5, т.3000
  • Айдын Ариф оглы Али-заде, Хроника мусульманских государств I-VII вв.Хиджры, изд. 2-е, испр. и доп., М., изд.Умма, 2004,стр. 255, стр.445. isbn 5-94824-111-4,тираж 5000.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Krit əmirliyi haqqında məlumat. Krit əmirliyi nədir? Krit əmirliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Çeçen dili

  • Fevral 27, 2026

    Xetaq Qazyumov

  • Fevral 27, 2026

    Helianthus petiolaris

  • Fevral 27, 2026

    Anataz

  • Fevral 26, 2026

    Məscid

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst