Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Krit lirası (yun. Λύρα ~ Lūrā, lat. Lira) — armudşəkilli, üç simli kamanlı musiqi aləti, əsasən Kritdə və Yunanıstanın Oniki Adalar və Egey arxipelaqının digər

Krit lirası

  • Ana Səhifə
  • Vikipediya
  • Krit lirası

Krit lirası (yun. Λύρα ~ Lūrā, lat. Lira) — armudşəkilli, üç simli kamanlı musiqi aləti, əsasən Kritdə və Yunanıstanın Oniki Adalar və Egey arxipelaqının digər adalarında yayılıb. Krit lirası Avropa yaylı alətlərinin əcdadı olan Bizans lirasının məşhur formasıdır.

Krit lirası
Təsnifat xalq çalğı aləti, simli alət
Hornbostel–Zaks təsnifatı 321.321-71
Əlaqəli alətlər lariça, qadulka, qusle, qudok
Mənşə ölkəsi Krit adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krit lirasının ən məşhur virtuozları arasında Manos Pirovolakis və Deyli Rossu misal göstərmək olar.

Mündəricat

Tarixi

Krit lirası bir çox Avropa yaylı alətlərinin əcdadı olan kamanlı Bizans lirası ilə sıx bağlıdır. IX əsr fars coğrafiyaçısı İbn Xordadbeh (911) alətlər haqqında leksikoqrafik müzakirəsində liranı urhun (arqan), şilyani (ehtimal ki, arfa və ya lira növü) və salandj ilə birlikdə Bizanslıların tipik aləti kimi göstəib (Marpiretomi, Kartomi, 1990).

Bizans lirası qeyri-müəyyən təkamüllə Avropada qərbə doğru yayılıb. Diqqətəlayiq nümunə XV əsrin yaylı aləti və bəlkə də müasir skripkanın sələfi olan italyan lirası da bracciodur. Krit lirasına bənzər yaylı alətlər və Bizans lirasının birbaşa törəmələri da tarix ərzində meydana çıxıb. Bu alətlər kiçik dəyişikliklərlə onun varisləri sayılır. Məsələn, Bolqarıstanda qadulka, Balkan yarımadasında qusle, İtaliyada əyilmiş Kalabriya lirası və Klassik Kamança (türk. Yunanca: Armudî kemençe, Bizans lirasının birbaşa törəmələri) olaraq onun növləri yaradılıb.

Xüsusiyyəti

Lira skripka kimi ifaçının çənəsinin altına qoyulmaqdansa, kiçik skripka ilə eyni şəkildə ifaçının qucağında şaquli şəkildə tutulur. Normal sağ əllə ifa üçün ifaçının sağ əli yayı tutur. Simlər, simi barmaq lövhəsinə basmaqla deyil, ifaçının sol əlinin dırnaqlarını simin yan tərəfinə basmaqla dayandırılır. Bu ona skripkadan fərqli bir ton verir. Köhnə liraların (lyrakislərin) bir simi oludu, adətən barmaqsızdır və dron kimi istifadə olunurdu, melodiyalar digər iki simdə çalınarkən eyni notu ifa edir.

Quruluşu

Krit lirası armud şəkilli səs lövhəsi (kapaki) və ya əsasən oval formada olan, iki kiçik yarımdairəvi səs dəliyi olan gövdəyə (kafka və ya kafki) malikdir. Bədən və boyun bir parça köhnə ağacdan oyulub (minimum 10 illik ağac parçası). Ənənəvi olaraq liranın əsas hissəsi Kritdə böyüyən qoz, tut və yerli çinar kimi asfadamos ağaclarından hazırlanırdı. Bu gün daha çox ağac materialı idxal olunur.

Səs lövhəsi həm də dayaz tağla oyulub və adətən düz dənəli yumşaq ağacdan hazırlanır. Ənənəvi olaraq bunun üçün binaların köhnə taxta tağlarından (katrani) istifadə olunur. Bunun üçün ən ideal materila Venesiya xarabalıqlarından çıxarılan 300 illik taxta tirlərdir. Keçmişdə simlər heyvan bağırsağından, yay (doxari) isə at quyruğu tükündən hazırlanırdı. Keçmişdə yayın qövsü adətən yay hərəkət edərkən melodiyanın ritmik müşayiətini təmin etmək üçün bir sıra sferik zənglərə malik idi, gerakokoudouna (şahin zəngləri). Bu gün əksər liralar skripka yayları ilə ifa olunur.

2006-cı ildə Girit lirasının üst plitələrinin vibrasiya analizi və xarakteristikası üçün bir üsul bildirilmişdir.

Məşhur ifaçıları

Məşhur Krit lirası ifaçıları arasında Andreas Rodinos, Thanassis Skordalos, Kostas Mountakis, Kareklas, Nikos Xilouris, Leonidas Klados, Ross Dali, Mihalis Kallergis, Nikos Gonianakis, Kelli Thoma, Zaçarias Spiridakis, Paris Perisinakis, Dimitris Varisslios, Skoulas, Yiorgos Kaloudis və Psarantonis kimi musiqiçilər olub. Hazırda Rodosda Yiannis Kladakis adada bu növ liranı canlandırmaqla tanınır. Corciya Daqaki rok müğənnisi Erik Byördonnun hazırkı şoularında alətdə ifa etməsi ilə tanınır. Yiorgos Kaloudis Krit Lirasında İohann Sebastyan Baxın violonçel üçün süitalarını tərcümə edib.

Qalereya

  • Köhnə növ Krit lirası (liraki). Zəngli yay (Yunan Xalq Musiqi Alətləri Muzeyi)
    Köhnə növ Krit lirası (liraki). Zəngli yay (Yunan Xalq Musiqi Alətləri Muzeyi)
  • 1940-cı ildən sonra müasir növ
    1940-cı ildən sonra müasir növ
  • Liranın simlərində ifa etmək üçün çubuq
    Liranın simlərində ifa etmək üçün çubuq
  • Deyli Rosun düzəltdiyi Krit lirası
    Deyli Rosun düzəltdiyi Krit lirası
  • Krit lirası ifaçısı Kareklas (1893-1980).
    Krit lirası ifaçısı Kareklas (1893-1980).
  • Krit lirası ifaçısı Psarantonis (1939-).
    Krit lirası ifaçısı Psarantonis (1939-).

Ədəbiyyat

  • Лира // Музыкальный энциклопедический словарь. М.: Советская энциклопедия. 1990. 305–306.
  • Anoyanakis, Fivos: Elliniká laiká mousiká órgana. Athens: E.T.E., 1976 (yun.)
  • Anthony Baines: The Oxford Companion to Musical Instruments. Oxford University Press, 1990, p.109 (ing.)
  • Margaret J. Kartomi: On Concepts and Classifications of Musical Instruments. Chicago Studies in Ethnomusicology, University of Chicago Press, 1990 (ing.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Krit lirası haqqında məlumat. Krit lirası nədir? Krit lirası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meşə bayquşcuğu

  • Fevral 26, 2026

    Aleksandr Tuqanov

  • Mart 01, 2026

    Alp İlitver

  • Mart 02, 2026

    Den Syaopin

  • Mart 01, 2026

    Tarixi film

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst