Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur.

Kristal qəfəslər

  • Ana Səhifə
  • Vikipediya
  • Kristal qəfəslər

Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur.

Mündəricat

İon kristal qəfəsləri

Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin

{NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur.

Atom kristal qəfəsləri

Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə:

▪️ B

▪️ C (almaz, qrafit)

▪️ Si

▪️ SiO2 (kvars)

▪️ SiC

▪️ qara və qırmızı fosforu

kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir.

Molekul kristal qəfəsləri

Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir. Qeyri-polyar kovalent rabitəli maddələrin (H2, N2, O2, F2, Cl2, Br2, J2, P4, S8 və s) molekul kristal qəfəslərində molekullararası rabitəni yalnız zəif molekullararası qüvvələr yaradır. Buna görə də onların ərimə temperaturları çox aşağı olur. Polyar kovalent rabitəli maddələrin (HF, HCl, HBr, HJ, SO2, CO2, H2S, CH4, NH3, H2SO4, H3PO4 və s.) kristal qəfəslərində düyünlər arasında həm molekullararası qüvvələr, həm də elektrostatik cazibə qüvvələri təsir göstərir. Ona görə də bu maddələrin ərimə temperaturu ion kristal qəfəsli birləşmələrinkindən aşağı, qeyri-polyar kovalent rabitəli molekul kristal qəfəsi olan birləşmələrinkindən isə yuxarı olur. P4, İ2, S8, HPO3, H4P2O7, H3BO3, fenollar, karbohidratlar və s. adi şəraitdə molekul kristal qəfəs əmələ gətirir.

Metal kristal qəfəsləri

Düyünlərində bir-birilə ümumiləşmiş elektronlarla əlaqələnmiş ayrı-ayrı atomlar və ya metal ionları olan kristal qəfəslərinə metal kristal qəfəsləri deyilir. Metallar (Na, Ca, Fe, Al, Cu və s.) və bir çox ərintilər metal kristal qəfəsi əməıə gətirir.

Həmçinin bax

  • Miller indeksləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kristal qəfəslər sözünün mənası, kristal qəfəslər haqqında məlumat. kristal qəfəslər nədir? kristal qəfəslər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Ukrayna

  • Mart 01, 2026

    Sərmayə

  • Fevral 25, 2026

    Mötəsim Qəddafi

  • Fevral 27, 2026

    Humaş

  • Fevral 27, 2026

    Santa-Krus-de-Tenerife

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst