Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kripto-İslam (q.yun. Κρυπτός, kriptos — "gizli" və İslam) — üzdə başqa inanca sahib olduğunu bəyan edib əslində isə İslama bağlı olmağı nəzərdə tutan termin. Kr

Kripto-İslam

  • Ana Səhifə
  • Vikipediya
  • Kripto-İslam

Kripto-İslam (q.yun. Κρυπτός, kriptos — "gizli" və İslam) — üzdə başqa inanca sahib olduğunu bəyan edib əslində isə İslama bağlı olmağı nəzərdə tutan termin. Kripto-islamı tətbiq edən insanlara "kripto-müsəlmanlar" deyilir. Bu söz əsasən inkvizisiya dövründə İspan müsəlmanlarına və Siciliya müsəlmanlarına (yəni, morisklər və sarasinlər və onların alxamiado dilindən istifadəsi) münasibətdə istifadə edilmişdir. Portuqaliya imperiyasının Uzaq Şərqə genişlənməsi və İspan imperiyasının Latın Amerikasından Filippinə yayılması ilə Filippin müsəlmanları və Portuqaliya müsəlmanları da inkvizisiyaya məruz qaldılar.

Mündəricat

Tarixi nümunələr

Bəzi tarixi nümunələrə özünün İspaniyadan Mərakeşə qaçışını necə təşkil etdiyi və İsa haqqında katolik fikirlərin təkzib edildiyi kitabın müəllifi olan, 16-cı əsrdə yaşamış ispaniyalı kripto-müsəlman Əhməd ibn Qasım Əl-Həcəri daxildir. Onun kitablarında İspaniyadakı kripto-müsəlman həyatına dair təfərrüatlar da yer alırdı. O, daha sonra Mərakeşin İspaniyadakı səfiri oldu.

Məşhur simalardan biri də ispanların işğalı altında olan Molukk adalarından olan Alekso-de-Kastro (1623–1645) idi, o, kripto-müsəlman olduğuna görə ispanlar tərəfindən Latın Amerikasına aparılmış və orada Meksika inkvizisiyası önündə mühakimə olunmuşdu.

İspaniyada müsəlmanların təqibi dövründə, 1502-ci ildə verilən Oran fətvası kripto-müsəlmanlara dini öhdəlikləri inanclarını gizlətməklə necə tarazlaşdırmaq barədə təlimat verirdi.

16–18-ci əsrlərdə Rusiyada bölgənin yerli müsəlmanları tez-tez hakimiyyət tərəfindən təqiblərlə üzləşirdilər və bu, xristianlığı zorla qəbul etmə epizodları ilə müşayiət olunurdu. Bu dövrlərdə xristianlığı yeni qəbul edənlər gizli şəkildə İslam dininə sitayiş etməyə davam edirdilər. Rusiya müsəlmanlara öz inanclarını tətbiq etməyə icazə verdikdən sonra, xristianlığı qəbul edənlərin bir çoxu yenidən İslama qayıtdı.

Həmçinin bax

  • Təqiyyə

Ədəbiyyat

  • Harvey, L. P. Muslims in Spain, 1500 to 1614. University of Chicago Press. 16 may 2005. ISBN 978-0-226-31963-6.
  • Rustam Shukurov, "The Crypto-Muslims of Anatolia," in Anthropology, Archeology and Heritage in the Balkans and Anatolia or The Life and Times of F. W. Hasluck (1878–1920), ed. David Shankland, Istanbul: Isis, 2004, volume 2, pages 135–158.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kripto-İslam haqqında məlumat. Kripto-İslam nədir? Kripto-İslam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Donni Yen

  • Mart 01, 2026

    Hims mühafazası

  • Fevral 28, 2026

    Qarpız

  • Mart 01, 2026

    Affoqato

  • Fevral 28, 2026

    Mataram sultanlığı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst