Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının

Kral Dongmyeong

  • Ana Səhifə
  • Vikipediya
  • Kral Dongmyeong

Kral Dongmyeong (e.ə. 58, Buyeo krallığı – e.ə. 19), Jumong(주몽, 朱蒙) və ya Dongmyeongseongwang (동명성왕, 東明聖王) (mənası Şərqin müqəddəs kralı) — Goguryeo krallığının birinci kralıdır. Eramızdan əvvəl 37-19-cu illərdə hökmdarlıq etmişdir. Ondan sonra hakimiyyətə oğlu Kral Yuri keçmişdir.

Kral Dongmyeonq
kor. 동명성왕
kor. 동명왕
Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən Kral Dongmyeongun məzarındakı heykəl
Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən Kral Dongmyeongun məzarındakı heykəl
Doğum tarixi e.ə. 58(-058)
Doğum yeri
  • Buyeo krallığı
Vəfat tarixi e.ə. 19(-019) (38–39 yaşında)
Dəfn yeri
  • Pxenyan
Uşaqları
  • Kral Yuri
Fəaliyyəti monarx

Mündəricat

Doğum

Goguryeo krallığı 476-cı ildə

Jumonqun atasının kim olduğu haqqındakı məsələ müzakirəlidir. Bir əfsanəyə görə, Jumong Hae Mo-su (해모수, 解慕漱) və Habaek (하백, 河伯) adlandırılan çay tanrısının qızı Yuhvanın (유화, 柳花) oğludur. Hae Mo-su Yuhva çayda çimərkən onunla qarşılaşmışdı. Ancaq çay tanrısı Hae Mo-sunu bəyənmədi və daha sonra Hae Mo-su əbədiyyətə qovuşdu. Çay tanrısı Yuhvanı Ubal çayından (우발수, 優渤水) uzağa atdı. Burada Yuhva Buyeo kralı Geumva ilə görüşdü və onun cariyəsi oldu. Yuhva günəş şüası ilə hamilə qaldı və bir yumurta dünyaya gətirdi. Geumva yumurtanı məhv eləmək istədi və onu heyvanlara atdı. Ancaq heyvanlar yumurtanı müdafiə etdilər. Geumva yumurtanı Yuhvaya geri qaytardı. Yumurtadan Jumonq adlandırılan oğlan uşağı çıxdı. Qədim Buyeo dilində Jumonq adının mənası bacarıqlı oxatan deməkdir.

Jumonq oxatmadakı bacarıqları ilə məşhur idi. Geumvanın oğulları Daeso və Yongpo Jumonqa paxıllıq eləməyə başladılar və Jumonq atası Hae Mo-sunun Coseon torpaqlarını birləşdirmək (Han dövlətinin rüşvətxor hökuməti tərəfindən məhv edilmiş idi) və Coseon xalqını xilas etmək məqsədini yerinə yetirmək üçün Buyeonu tərk etdi. Əfsanəyə görə, o, at üstündə sürətlə axan çaya yaxınlaşdı. Tısbağalar və digər su canlıları suyun yuxarısına qalxdılar və körpü əmələ gətirdilər. Eramızdan əvvəl 37-ci ildə Jumonq Goguryeo krallığının birinci kralı oldu və Colbonun beş qəbiləsini birləşdirdi. Colbonu başçısının qızı Soseono Jumonqla evləndi. Soseononun Onjo adlı oğlu var idi. Onjo daha sonra Bekçe krallığını qurdu.

Hakimiyyəti

E.ə. 37-ci ildə Jumonq Goguryeo dövlətini qurdu və onun ilk kralı oldu. Eyni ildə Piryunun kralı Sonqyanq (송양, 松讓) Malqal qəbiləsinin işğalına qarşı yardım aldıqdan sonra Jumonqa təslim oldu. E.ə. 34-cü ildə Goguryeonun birinci paytaxt şəhəri olan Colbon sarayla birlikdə hazır oldu. E.ə. 28-ci ildə Jumonq General Pu Vi Yeomu (부위염, 扶尉厭) Şimali Okjeonu fəth etməyə göndərdi. Eyni ildə Jumonqun anası Xanım Yuhva Buyeo sarayında öldü və o, kralın arvadı yox, cariyəsi olmasına baxmayaraq kraliça kimi dəfn edildi.

Jumonq Buyeo kralı Geumvaya səxavətinə görə elçilər və hədiyyələr göndərdi. E.ə. 19-cı ildə Jumonqun birinci arvadı Xanım Ye Buyeonu oğlu Yuri ilə birlikdə tərk etdi və Goguryeoda yaşamağa başladı. Xanım Ye kraliça olanda Kraliça Soseono oğullarının taleləri üçün narahat oldu. Soseono oğullarını və xidmətçilərini götürərək Koreya yarımadasının cənubuna getdi. Burada Bekçe dövləti quruldu. Jumonq isə oğlu Yurini vəliəhd olaraq seçdi.

Ölümü

Jumonq e.ə. 19-cu ildə 40 yaşında vəfat etdi. Vəliəhd şahzadə Yuri onu piramid qəbrdə dəfn etdi və atasına ölümündən sonra Çumo Seongvang adını verdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kral Dongmyeong haqqında məlumat. Kral Dongmyeong nədir? Kral Dongmyeong nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bukan

  • Fevral 27, 2026

    Hökümə Qurbanova

  • Fevral 24, 2026

    Ayaz Mütəllibov

  • Fevral 27, 2026

    Korpus

  • Fevral 27, 2026

    1962-ci il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst