Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir ço

Koroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Koroğlu

Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı (bəzi türk xalqlarının folklorunda Koroğlu) mövcuddur.

Koroğlu
Rövşən
Yer Çənlibel
Adının izahı Atası kor olduğu üçün özünə Koroğlu təxəllüsünü qoyub.
Cinsi kişi
Atası Alı
Arvadı Telli Nigar
Əlaqəli personajlar Keçəl Həmzə, Giziroğlu Mustafa bəy
Həyat dövrü XVI əsrin II yarısı - XVII əsr
Silahları misri qılınc
Heyvan Qırat və Dürat

Mündəricat

Xüsusiyyətləri

Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu Azərbaycan mədəniyyətinə aid edirlər.

Alman türkoloq Karl Rayxl yazır:

"Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb."

"Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi."

Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır. Müxtəlif ölkələrdə ayarlanaraq fərqli versiyaları izah edirlər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman-zaman kor olaraq bətimlənir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarəliyər. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.

  1. Gözləri kor olan (gözə ehtiyacı olmayan) adamın oğlu.
  2. Torpağın, dağın (məcazi məzarın, yəni, ölümün) oğlu.
  3. Korun, yəni, atəşin (müqəddəs gücün) oğlu.
Koroğlu Sovet damğasında

Koroğlu özünü dəfələrlə qurda bənzədər.

Haqqında

Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı" – nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şeirləri qorunub saxlanır.

Həmçinin bax

  • Vikimənbədə əlaqəli mətnlər
  • Dədə Qorqud
  • Qaçaq Nəbi

Ədəbiyyat

  • Koroğlu. (tərtib edəni M.H.Təhmasib). Bakı: Gənclik, 1975, 364 s.
  • Koroğlu. (V.Xuluflu nəşri), Bakı: Elm, 1999, 200 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koroğlu haqqında məlumat. Koroğlu nədir? Koroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alopecurus geniculatus

  • Fevral 27, 2026

    Meklenburq sülaləsi

  • Fevral 27, 2026

    Məsud Pənahi

  • Fevral 27, 2026

    Dumer alması

  • Fevral 27, 2026

    Not Alone

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst