Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin sarağan cinsinə aid bitki növü.
| Koqqiqriya sarağanı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Anacardioideae Cins: Növ: Koqqiqriya sarağanı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Botaniki xarakteristikası
Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir.
Mənşəyi və yayılması
Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 900 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir. Əsasən quru, daşlı və qayalı yamaclarda bitir. Aran yerlərdə qırmızı ardıcla birgə seyrək meşələr əmələ gətirir.
Kimyəvi tərkibi
Sarağanın tərkibində C vitamini, flavonoid,antosian, karotinoid, qlükozidlər, eləcə də efir yağları, steroidlər və aşı maddələri vardır.
Təsiri və tətbiqi
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və xalq təbabətində, eləcə də farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar, revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu,büzüşdürücü, yarasağaldıcı, iltihab proseslərinə qarşı təsirə malikdir.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin yarpaqları,qabığı və budaqları istifadə edilir.
İstifadə formaları
Cövhər, dəmləmə, məhlul və mazlar.Digər faydalı xüsusiyyətləri və istifadəsi. Dekorativ, balverən,boyaq və efir yağlı bitkidir (yarpaqlarından alınan efir yağı ətriyyatda istifadə olunur).
Sinonimləri
Homotipik sinonimləri
- Cotinus cotinus (L.) Sarg.
- Rhus cotinus L.
- Rhus simplicifolia Salisb.
Heterotipik sinonimləri
- Cotinus cinereus (Engl.) F.A.Barkley
- Cotinus coggygria f. atropurpureus (Burv.) Geerinck
- Cotinus coggygria var. chengkouensis Y.T.Wu
- Cotinus coggygria var. cinereus Engl.
- Cotinus coggygria subsp. glabrus H.Kaur & M.Sharma
- Cotinus coggygria var. glaucophyllus C.Y.Wu
- Cotinus coggygria var. laevis (Wall. ex G.Don) Engl.
- Cotinus coggygria var. parvifolia Beck
- Cotinus coggygria var. pendulus (Burv.) Dippel
- Cotinus coggygria f. pendulus (Burv.) C.K.Schneid.
- Cotinus coggygria var. pubescens Engl.
- Cotinus coggygria var. purpureus (Dup.-Jam.) Rehder
- Cotinus coggygria f. purpureus (Dup.-Jam.) Rehder
- Cotinus coggygria f. rubrifolius (Boom) Rehder
- Cotinus coggygria var. rubrifolius Boom
- Cotinus coggygria var. velutinus (Wall. ex G.Don) Engl.
- Cotinus coriarius Duhamel
- Cotinus ellipticus Raf.
- Cotinus velutinus (Wall. ex G.Don) F.A.Barkley
- Rhus cotina St.-Lag.
- Rhus cotinus atropurpurea Burv.
- Rhus cotinus pendula Burv.
- Rhus cotinus purpurea Dup.-Jam.
- Rhus laevis Wall. ex G.Don
- Rhus obovatifolia Stokes
- Rhus velutina Wall. ex G.Don
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Koqqiqriya sarağanı haqqında məlumat. Koqqiqriya sarağanı nədir? Koqqiqriya sarağanı nə deməkdir?
