Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kondensləşmə reaksiyaları – iki molekul və ya funksional qrupların birləşərək daha böyük molekul əmələ gətirməsi ilə gedən reaksiyalara deyilir. Kondensləşmə re

Kondensləşmə reaksiyaları

  • Ana Səhifə
  • Vikipediya
  • Kondensləşmə reaksiyaları

Kondensləşmə reaksiyaları – iki molekul və ya funksional qrupların birləşərək daha böyük molekul əmələ gətirməsi ilə gedən reaksiyalara deyilir. Kondensləşmə reaksiyaları zamanı irimolekullu birləşmə ilə yanaşı su, xlorid turşusu, metanol, ammonyak yaxud da sirkə turşusu kimi kiçik molekullar da alına bilər. Bioloji sistemlərdə gedən kondensləşmə reaksiyalarında əsasən su ayrılır. Kondensləşmə reaksiyalarına nümunə olaraq aminturşuların kondensləşərək zülalların əmələ gətirməsini göstərmək olar. Kondensləşmə reaksiyası dəyişmə reaksiyasının bir formasıdır. Bu reaksiya nümunəsi bir növ hidrolizin əksidir. İki hissə birləşib bir kimyəvi birləşmə əmələ gətirir. Baxmayaraq ki, su molekulunun qütblərinin hərəkəti nəticəsində hidroksil və hidrogen ionları əmələ gəlir. Beləliklə, kondensləşmə reaksiyalarında kimyəvi rabitələrin yaranmasına enerji tələb olunmur. Əgər birləşmə eyni molekulların atom və ya qrupları arasındadırsa, reaksiya iri molekulyar kondensləşmə adlandırılır və çox hallarda həlqəvi formalaşma üstünlük təşkil edir. Buna nümunə olaraq Dekman kondensləşməsini göstərmək olar. Bu reaksiyada hər bir molekul kondensləşmə nəticəsində spirt qrupunu itirir və β-ketoefir forma alınır. Əksər kondensləşmə reaksiyaları nukleofil əvəzolunma və aldehid kondensləşməsi əsasında gedir. Digər kondensləşmə reaksiyaları radikal yaxud yeganə elektronunun köçürülməsi mexanizmi ilə gedir.

Kondensləşmə reaksiyalarının tətbiq sahələri

Kondensləşmə reaksiyalarından müxtəlif sintez sahələrində geniş istifadə olunur. Əsas sintez sahələrindən biri olan polimer kimyasında da bu reaksiyalar geniş tətbiq olunur. Polimerləşmə reaksiyalarının bir növü də kondensləşmə reaksiyalarıdır ki, bu zaman monomer və monomer zəncirləri kondensləşərək polimerləri əmələ gətirir. Buna misal olaraq poliefirlərin və neylonların sintezini göstərmək olar. Kondensləşmə reaksiyaları əsasında canlı orqanizmlərdə mühüm həyati əhəmiyyətli maddələr olan polipeptidlər, terpenlər və s. əmələ gəlir. Kondensləşmə reaksiyalarının böyük bir hissəsini tibbi kimyəvi maddələrin alınması təşkil edir. Məsələn, daş-kömür qatranının tərkibində rast gəlinən, kondensləşmə reaksiyaları əsasında yaranan çoxnüvəli aromatik karbohidrogenləri göstərmək olar. Bunlara piren (C16H10), xrizen (C18H12), perilen (C20H12), pitsen (C22H14), 1,2-benzipiren (C20H12) daxildir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kondensləşmə reaksiyaları sözünün mənası, kondensləşmə reaksiyaları haqqında məlumat. kondensləşmə reaksiyaları nədir? kondensləşmə reaksiyaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qərbi Folklend

  • Fevral 27, 2026

    Şərqi Qazaxıstan

  • Mart 01, 2026

    Hakan Ünsal

  • Fevral 27, 2026

    SS

  • Fevral 24, 2026

    Bosniya dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst