Kloaka (lat. cloaca — hərf. "Çirkab sularının axıdılması üçün yeraltı kanal") — bəzi heyvan qruplarında yoğun bağırsağın xaricə açıldığı, nəcisin və sidiyin yığılaraq müəyyən müddət saxlanılmadan xaric edildiyi, həmçinin cinsiyyət məhsullarının da ötürüldüyü ümumi bədən dəliyi.

Kloak üç hissədən ibarətdir:
- Koprodeum
- Urodeum
- Proktodeum
Kloaka bütün quşlarda (lat. Aves), amfibiyalarda (lat. Amphibia), sürünənlərdə (lat. Reptilia) və həşəratlarda (lat. Insecta) mövcuddur. Məməlilər arasında ilk məməlilər alt sinfinə aid olan birdəliklilər (Ornithodelphia) dəstəsinə mənsub heyvanlarda da kloaka mövcuddur. Buna görə həmin heyvanlara birdəliklilər və ya kloaklı məməlilər (yumurtlayan məməlilər) deyilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kloaka haqqında məlumat. Kloaka nədir? Kloaka nə deməkdir?