Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının

Klara Setkin

  • Ana Səhifə
  • Vikipediya
  • Klara Setkin

Klara Setkin (alm. Clara Zetkin‎; 5 iyul 1857[…] – 20 iyun 1933[…]) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir.

Klara Setkin
alm. Clara Zetkin‎
Doğum tarixi 5 iyul 1857(1857-07-05)[…]
Vəfat tarixi 20 iyun 1933(1933-06-20)[…] (75 yaşında)
Dəfn yeri
  • Kreml divarı nekropolu
Fəaliyyəti siyasətçi, jurnalist, qadın hüquqları fəalı[d], sülh aktivisti, sufrajist, redaktor[d], müəllimə, yazıçı
Partiyası
  • Almaniya Kommunist Partiyası,
  • Sosial Demokrat Partiyası
Üzvlüyü
  • Ümumittifaq Köhnə Bolşeviklər Cəmiyyəti[d]
Mükafatları "Lenin" ordeni "Qırmızı bayraq" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur.

Siyasi fəaliyyəti

1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.

Klara Setkin Azərbaycanda

Klara Setkin Əli Bayramov adına Qadın klubunun üzvləri arasında (1924)

1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."

Əsərləri

  • Bu günün əmək və qadın problemi. (alm. Die Arbeiterinnen- und Frauenfrage der Gegenwart‎). Berlin, 1889.
  • Tələbə və qadın (alm. Der Student und das Weib‎). Berlin, 1899.
  • Məktəb məsələsi (alm. Die Schulfrage‎). Berlin, 1904.
  • Qadınların seçki hüququ məsələsinə dair (alm. Zur Frage des Frauenwahlrechts‎). Berlin, 1907.
  • Qadınların seçki hüququ (alm. Das Frauenstimmrecht‎). Berlin, 1907.
  • Karl Marks və onun həyat fəaliyyəti (alm. Karl Marx und sein Lebenswerk‎). Elberfeld, 1913.
  • Roza Lüksemburq və Karl Libknext (alm. Rosa Luxemburg und Karl Liebknecht‎). Berlin, 1919.
  • Biz günahlandırırıq! (alm. Wir klagen an! Ein Beitrag zum Prozess der Sozial-Revolutionäre‎). Hamburq, 1922.
  • Faşizmin hücumu və proletariatın vəzifələri (rus. Наступление фашизма и задачи пролетариата). Moskva, 1923.
  • Roza Lüksemburq və rus inqilabı (rus. Роза Люксембург и русская революция). Moskva, 1923–1924.
  • Azad edilmiş Qafqazda (alm. Im befreiten Kaukasus‎). Vyana/Berlin, 1926.
  • Qafqaz od içində (rus. Кавказ в огне). Moskva, 1926.
  • İnkişaf etməkdə olan Sovet İttifaqının Alman fəhlə sinfi üçün əhəmiyyəti (alm. Die Bedeutung der aufbauenden Sowjetunion für die deutsche Arbeiterklasse‎). Berlin, 1926.
  • Lenindən xatirələr (alm. Erinnerungen an Lenin‎). Vyana/Berlin, 1929.
  • Almaniyada proletar qadın hərəkatının yaranma tarixinə dair oçerk (rus. Очерк истории возникновения пролетарского женского движения в Германии). Moskva, 1929.
  • Ac May, Qanlı May, Qırmızı May! (alm. Hungermai, Blutmai, roter Mai!‎). Hamburq/Berlin, 1932.
  • İttiham edilən Hitler (alm. Angeklagter Hitler‎). Sürix, 1933.

Azərbaycanca nəşrləri

  • Lenin və qadın azadlığı. Bakı: Bakı işçisi, 1926.

Həmçinin bax

  • Beynəlxalq Qadınlar Günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klara Setkin haqqında məlumat. Klara Setkin nədir? Klara Setkin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    UH-1

  • Fevral 27, 2026

    Qrenadin

  • Fevral 27, 2026

    Ağıldan bəla

  • Fevral 25, 2026

    Toskana

  • Fevral 27, 2026

    Əcəmi (Maku)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst