Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kitabüz-Zöhd vər-Rəqaiq (ərəb. كتاب الزهد و الرقائق‎) — Abdullah ibn əl-Mübarək tərəfindən yazılmış, əxlaq və zöhdlə bağlı hədislərin cəmləndiyi əsər.

Kitabüz-Zöhd vər-Rəqaiq

  • Ana Səhifə
  • Vikipediya
  • Kitabüz-Zöhd vər-Rəqaiq

Kitabüz-Zöhd vər-Rəqaiq (ərəb. كتاب الزهد و الرقائق‎) — Abdullah ibn əl-Mübarək tərəfindən yazılmış, əxlaq və zöhdlə bağlı hədislərin cəmləndiyi əsər.

Kitabüz-Zöhd vər-Rəqaiq
ərəb. كتاب الزهد و الرقائق‎
Müəllif Abdullah ibn əl-Mübarək
Janr hədis
Mövzu əxlaq və zöhd
Orijinalın dili ərəbcə
Yazıldığı il IX əsr

Mündəricat

Əsər

"Kitabüz-Zöhd vər-Rəqaiq", zöhd, əxlaq və sufilik sahələri üzrə ilk dəfə qələmə alınan və ilk dövrün zöhd anlayışını nümayiş etdirən olduqca mühüm bir əsərdir. İbn Teymiyyəyə görə "Kitabüz-Zöhd vər-Rəqaiq", bu mövzuda yazılan ən əhatəli əsərlərdən biri olub, əsərin bablara ayrılması, onu bu mövzudakı digər əsərlərlə müqayisədə daha səmərəli etmişdir. Əsər, peyğəmbərlərin, xüsusən səhabə və tabiinin əxlaq və zöhd haqqındakı kəlamlarını, onların həyatları ilə bağlı rəvayətləri özündə ehtiva edir. Əsərdə həmçinin zöhdlə əlaqəli olan kədər, büqa, hüşu, həvf, ixlas, təfəkkür, təvəkkül, qənaət, riza və fəqr kimi bir çox termini əhatə edən hədislərlə birlikdə, İsrailiyyatdan olduğu güman edilən bir qisim zəif hədislərə də yer verilmişdir. Lakin əsərdə yer verilmiş hissə və babların müəyyənləşməsi, rəvayətlərin mövzu və sənəd baxımından ardıcıllığı (mərfudan məvqufa doğru) sistematik deyildir. Eyni zamanda məharətli bir şair olan müəllif əsərində şeirlərə də yer vermişdir. "Kütübi-sittə" müəllifləri bu əsərdə istifadə edilmiş rəvayətlərə öz əsərlərində yer vermişlər.

Nəşr

"Kitabüz-Zöhd vər-Rəqaiq"in müxtəlif kitabxanalardakı yeddi əlyazmasından təhqiqli və təhqiqsiz olmaqla çoxsaylı nəşrlər əldə edilmişdir. Əsərin ilk təhqiqli nəşrini Həbibür-Rəhman əl-Əzəmi "Kitabüz-Zöhd və yəlihi Kitabür-Rəqaiq" adı adı altında reallaşdırmışdır. Əsər türk dilinə (İstanbul 1992, Konya 2006) tərcümə edilmişdir.

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kitabüz-Zöhd vər-Rəqaiq haqqında məlumat. Kitabüz-Zöhd vər-Rəqaiq nədir? Kitabüz-Zöhd vər-Rəqaiq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Liman (coğrafiya)

  • Fevral 27, 2026

    Antonin Piy

  • Fevral 27, 2026

    123 (ədəd)

  • Fevral 27, 2026

    Persepolis

  • Fevral 27, 2026

    Burdur ili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst