Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kitabxanaşünaslıq — kitabxanaçılığın nəzəriyyəsini, tarixini, metodologiyasını, texnologiyasını, metodologiyasını və təşkilini, habelə kitabxana sisteminin form

Kitabxanaşünaslıq

  • Ana Səhifə
  • Vikipediya
  • Kitabxanaşünaslıq

Kitabxanaşünaslıq — kitabxanaçılığın nəzəriyyəsini, tarixini, metodologiyasını, texnologiyasını, metodologiyasını və təşkilini, habelə kitabxana sisteminin formalaşması, inkişafı və fəaliyyət prinsiplərini öyrənən elmi fəndir.

Kitabxanaşünaslıq anlayışını elmi müstəviyə ilk dəfə olaraq Münhen kitabxanasının kitabxanaçısı Martin Villibald Şrettinger (1772-1851) gətirmişdir.  Məhz bu səbəbdən onu «kitabxanaşünaslığın atası» adlandırırlar. O, «kitabxanaşünaslıq» anlayışını özünün ikicildlik «Kitabxanaşünaslıq üzrə bitkin dərslik və yaxud kitabxanaçının mükəmməl iş aparmasına dair rəhbərlik» adlı əsərində işlətmiş, «kitabxanaşünaslığ»ı ayrıca bir elm sahəsi kimi qiymətləndirmişdir.

Mündəricat

Elmin müxtəsər təsviri

Kitabxanaşünaslıq - cəmiyyətdə kitabxanaçılıq prosesinin inkişaf qanunauyğunluqlarını, xassələrini, xarakterini, strukturunu və çap əsərlərindən ictimai istifadənin təşkili problemlərini tədqiq edib öyrənən humanitar elmdir.

Kitabxanaşünaslıq elminin strukturuna 2 müxtəlif mövqedən yanaşmaq olar: 1) Elmşünaslığa görə; 2) Elmi fənn kimi.

Elmin obyekti, predmeti və funksiyaları

Kitabxanaşünaslıq elminin obyekti kitabxanalar, ümumilikdə isə kitabxana işidir. Hər bir elmdə olduğu kimi, kitabxanaşünaslıqda da elmin mahiyyətini onun predmeti təşkil edir. Kitabxanaşünaslığın predmeti, onun obyekti olan kitabxana işinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyənləşdirir və müvafiq anlayışlar vasitəsi ilə şərh edilir.

Kitabxanaşünaslıq elminin obyektini təşkil edən kitabxana işi 3 əsas elementdən ibarət kommunikativ sistemdir: 1) Əməyin predmeti – nəşr formasında olan informasiya (sənəd); 2) Əməyin subyekti – oxucu (istifadəçi); 3) Əməyin vasitəçisi – kitabxanaçı. Bu üçlük kitabxanaşünaslığın obyektinin mahiyyətini düzgün başa düşməkdə əsaslı əhəmiyyətə malikdir.

Hər bir elm sahəsinin, həmçinin sosial institutların yerinə yetirdiyi vəzifələri – funksiyaları olduğu kimi, kitabxanaşünaslığın da özünəməxsus funksiyaları var. Kitabxanaşünaslıq elminin 2 tip funksiyası vardır:

1. Xüsusi elmi funksiya;

2. Sosial funksiya.

Kitabxanaşünaslığın xüsusi elmi funksiyalarına idrak (idrak funksiyası – kitabxanaşünaslığın baş universal funksiyasıdır), izahetmə, öncəgörmə (proqnozlaşdırma) və sistemləşdirmə funksiyaları daxildir.

Kitabxanaşünaslıq insan həyatının və cəmiyyətin müxtəlif sahələri ilə əlaqədar bir sıra sosial funksiyaları da həyata keçirir. Bunlar, humanizm və cəmiyyətin informasiyalaşdırılması funksiyalarıdır. Bu funksiyalar kitabxanaşünaslıq elminin mədəni-maarif, sosial-iqtisadi və elmi-texniki qüvvə kimi fəaliyyətində özünü göstərir.

Cəmiyyətin informasiyalaşdırılması - vətəndaşların, dövlət və yerli özünüidarəetmə orqanlarının, təşkilatların, ictimai birliklərin informasiya ehtiyaclarının ödənilməsinə optimal şəraitin yaradılması məqsədilə informasiya resurslarının formalaşdırılması, onlardan istifadə hüquqlarının reallaşdırılması üçün təşkil olunmuş sosial-iqtisadi və elmi-texniki prosesdir.

Humanizm sosial funksiyası kitabxanaşünaslıq elminin bütün məzmununu əhatə edir. Bu sosial funksiya, kitabxana işi sayəsində cəmiyyətin «humanistləşməsinə», sosial sistemin humanist təməllərinin qurulmasına və insan əleyhinə baxışların, konsepsiyaların və münasibətlərin aradan qaldırılmasına öz töhfəsini verir.

Həmçinin bax

  • Kütləvi kitabxanaların maraqlarının qorunması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kitabxanaşünaslıq haqqında məlumat. Kitabxanaşünaslıq nədir? Kitabxanaşünaslıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1511-ci il

  • Fevral 27, 2026

    Tufanlı Yoxuşlar

  • Fevral 26, 2026

    Sevastopol

  • Fevral 24, 2026

    Qədr gecəsi

  • Fevral 25, 2026

    Yaşar Nuri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst