Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kiçikçəkməcə (türk. Küçükçekmece) — İstanbul ilinin ilçəsi. İlçə eyniadlı gölün sahilində yerləşir. Qərbdə, şimalda Avcılar və Kiçikçəkməcə gölü, şərqdə Başakşə

Kiçikçəkməcə

  • Ana Səhifə
  • Vikipediya
  • Kiçikçəkməcə

Kiçikçəkməcə (türk. Küçükçekmece) — İstanbul ilinin ilçəsi. İlçə eyniadlı gölün sahilində yerləşir. Qərbdə, şimalda Avcılar və Kiçikçəkməcə gölü, şərqdə Başakşəhər, Bağçalıevlər və Bağçılar, cənubda Bakırköy və Mərmərə dənizi ilə sərhəddir. Cəmi 27 yaşayış məntəqəsi: 2 kənd və 25 məhəllədən ibarət ilçə, 1987-ci ildə Bakırköydən ayrılaraq müstəqil ilçə olmuşdur. 1992-ci ildə Avcılar və 2009-cu ildə Başakşəhərin ilçəyə çevrilməsi ilə mövcud sərhədləri müəyyən olunmuşdur. 2009-cu ildə 21 məhəllədən ibarət olmuşdur. İstanbulun 39 ilçəsi arasında həyat keyfiyyəti indeksi sıralamasında 12-ci yeri tutur. Mərmərə dənizinə və adını daşıdığı Kiçikçəkməcə gölünə sahili var.

Kiçikçəkməcə
41°01′19″ şm. e. 28°46′38″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Əsası qoyulub 4 iyul 1987
Sahəsi
  • 118,45 km²
  • 44 km² (2014)
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 34
Digər
kucukcekmece.gov.tr
Xəritəni göstər/gizlə
Kiçikçəkməcə xəritədə
Kiçikçəkməcə
Kiçikçəkməcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixçə

Kiçikçəkməcə ilçəsinin tarixinin İstanbul tarixində geniş rolu olmuşdur. İstanbula hakim olan bir imperiya Kiçikçəkməcə bölgəsinə hakim oldu. Kiçikçəkməcənin yüksək hissələrində, bu gün Təpəüstü deyilən ərazidə Region adlı qədim bir şəhər olmuşdur. Roma İmperiyasını Bizansla birləşdirməyin ən vacib yollarından biri olan Egnatiya yolu, Regiondan keçirdi. Müxtəlif mənbələrdə bu bölgənin əsrin ortalarında baş verən böyük bir zəlzələ nəticəsində məhv edildiyi bildirildi.

Kiçikçəkməcə ilçəsinin ən qədim yaşayış məntəqəsi Kiçikçəkməcə gölünün şimal hissəsindəki Yarımburqaz mağaralarıdır. Burada məskunlaşma Paleolit dövründən başlamışdır. Respublika dövründə 1950-ci ildən sonra əhalinin sıxlaşması başlamışdır.

Coğrafiyası

Kiçikçəkməcə geniş düzənlikdə kələ-kötür ərazidə yayılmışdır. Dəniz və göl sahili var. Şimaldakı təpələrdə hündürlük 200 metrə çatır. Vadilər fərqli bir görünüşə sahibdir, ilçədəki göl, morfoloji quruluşuna görə laqun-tiplidir. Dünyanın nadir laqun göllərindən biridir və təbiətin möcüzələrindən biridir.

İdman

2009-cu ildən günümüzə qədər fəaliyyətlərinə davam edən Türkiyə Basketbol Federasiyası tərəfindən maliyyələşdirilən İstanbul infrastruktur liqalarında təmsil edən Küçükçekmece Basketbol Gənclik və İdman Klubu var. Rayonda Kiçikçəkməcə Mətin Oktay Stadionu adlı bir futbol stadionu var.

Təhsil

İlçədə 96 dövlət məktəbi var: 62 ibtidai məktəb, 10 Ümumi Lisey (4-ü xarici dili liseyi), 8 Peşə Liseyi, 4 Anadolu Liseyi və 15 özəl bağça. Bundan əlavə rayonda 1 Xalq Maarif Mərkəzi, 1 Təlim Tədris Mərkəzi, 1 Sağlamlıq Təhsil Mərkəzi, 1 Müəllim evi və 3 Mədəniyyət Mərkəzi var. Kiçikçəkməcə Bələdiyyəsi nəzdində Kiçikçəkməcə İfa Sənət Akademiyası adlı bir sənət akademiyası da vardır.

Rəsmi məktəblərlə yanaşı, 12 özəl məktəb də vardır. Bunlardan 4-ü uşaq bağçası, 3-ü ibtidai məktəb, 4-ü lisey və 1-i Akşam Liseyidir. Rayonda 3 universitet var: İstanbul Arel Universiteti, İstanbul Aydın Universiteti və Sabahattin Zaim Universiteti.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kiçikçəkməcə sözünün mənası, kiçikçəkməcə haqqında məlumat. kiçikçəkməcə nədir? kiçikçəkməcə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Böyük çöküş

  • Mart 06, 2026

    161 (ədəd)

  • Fevral 27, 2026

    Cəsur Karl

  • Mart 06, 2026

    Salsoloideae

  • Fevral 24, 2026

    Herat vilayəti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst