Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən

Keyqubad məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Keyqubad məscidi

Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məscid. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317–1348) adı ilə adlandırılmışdır.

Keyqubad məscidi
Məscidin fotoqraf R.Y.Tile tərəfindən XIX əsrin sonlarında çəkilmiş görünüşü.
Məscidin fotoqraf R.Y.Tile tərəfindən XIX əsrin sonlarında çəkilmiş görünüşü.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir İçərişəhər, Qala döngəsi 76
Aidiyyəti İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi I Keyqubad
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3.8
KateqoriyaMəscid
ƏhəmiyyətiDünya əhəmiyyətli
40°21′58″ şm. e. 49°50′00″ ş. u.HGYO
Xəritə
Keyqubad məscidi (Bakı)
Nöqtə
Keyqubad məscidi
Bakının xəritəsində Keyqubad məscidi
Keyqubad məscidi (İçərişəhər)
Nöqtə
Keyqubad məscidi
İçərişəhərin xəritəsində Keyqubad məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.

Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.

Mündəricat

Tarixi

Keyqubad məscidinin qalıqları

Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur.

" S. Dadaşov və M. Hüseynov tərəfindən yazılmış “Bakının memarlıq abidələri” əsərində qeyd edilir:

Türbə keçmişdə düzbucaqlı balaca bir binaya bitişik imiş. 1918-ci ildə yanmış olan bu binanı bəziləri məscid hesab edir. Lakin, ola bilsin ki, həmin bina sərdaba imiş. Türbə və ya məscid binasının daha əvvəl tikildiyini söyləmək çətindir. Lakin, istənilən halda, onlar arasında heç bir üzvi əlaqənin olmadığı şübhəsizdir. Bu binalardan biri digərinə əlavə edilmişdir, lakin bu artırmanın nə zaman edildiyi müəyyən edilməmişdir.

"

Kamil Fərhadoğlu isə "İçərişəhər" adlı kitabında yazır ki, "Keyqubad məscidi Dərviş türbəsi yanında ona bitişik bir məscid-mədrəsə binası olmuşdur."

Məscid Seyid Yəhya Bakuvi tərəfindən mədrəsə kimi də istifadə edilmişdir. Məsciddə Bakuvinin tədris və ibadət etməsi barədə A. Bakıxanov yazır: "Onun ibadət etdiyi yücrə, işlədiyi məktəb və qəbri orada – məsciddədir." Tədqiqatçı S. Aşurbəylinin yazdığına görə, Keyqubad Şeyx ibrahimin babası və yaxud atasının babası idi. Şirvanşah Keyqubad 1317–1343-cü illərdə hakimiyyətdə olmuşdur.

Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir.

Memarlıq xüsusiyyətləri

Məscidin cənub hissəsində türbə yerləşir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi.

Sütunlarla zalın künclərini formalaşdıran üstləri tağtavanlarla örtülmüş kiçik qapalı məkanlara çevrilmişdi və interyer xaçşəkilli-günbəz həllini əldə etmişdi. Özünəməxsus orderin memarlıq təfsiri sayəsində sütunlar da həmçinin fərdi səciyyə əldə etdilər, Seyid Yəhya Bakuvi türbəsi ilə ayrılmaz surətdə bağlı olan məscidin həcmli-məkan kompozisiyası, həndəsi cizgilərin mükəmməlliyi və memarlıq elementlərinin təmkinliyi vasitəsilə xüsusi olaraq nəzərə çarpdırılaraq formaların xüsusi plastikasını əldə edir.

Türbə və Keyqubad məscidi ilə birlikdə orta həyət, özünün yerləşməsi səbəbindən bütün Şirvanşahlar saray kompleksində neytral mövqe tutur və sanki insanı aşağı həyətin tikililəri olan Şirvanşahlar türbəsi, Şah məscidi və Saray hamamı ilə görüşə hazırlayır.

Məscidin təməl planı Məscidin kəsimi Məscidin yan görünüşü

Ədəbiyyat

  • Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. 256 səh.
  • Fətullayev-Fiqarov, Şamil. Bakının memarlıq ensiklopediyası. Bakı: Şərq-Qərb, Azərbaycan Respublikası Memarlar İttifaqı. 2013. 528 səh.
  • Dadaşov, S.; Useynov, M. Bakının memarlıq abidələri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1955. 42 səh.

Həmçinin bax

  • Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
  • Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
  • Şirvan-Abşeron memarlıq məktəbi
  • Baba Kuhi Bakuvi məscidi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Keyqubad məscidi haqqında məlumat. Keyqubad məscidi nədir? Keyqubad məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Portuqal dili

  • Fevral 27, 2026

    Fərhad

  • Fevral 17, 2026

    Danimarka

  • Fevral 27, 2026

    Apata

  • Fevral 27, 2026

    Murğuz (Zəngəzur)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst