Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı – 19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respubli

Kazım Əliverdibəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Kazım Əliverdibəyov

Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı – 19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010)

Kazım Əliverdibəyov
Kazım Ağalar bəy oğlu Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1934(1934-11-27)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 dekabr 2022(2022-12-19) (88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1978

Mündəricat

Həyatı

Kazım Ağalar bəy oglu Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakıda dünyaya göz açıb.1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adna Bakı Musiqi Akademiyası) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Orta təhsilini bitirdikdən sonra konservatoriyanm Xor dirijorluq fakültəsinə daxil olub. 1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub. 1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademiyası Opera va Balet Teatrında davam etdirib.

1978-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 1981-ci ildə dosent, 1991-ci ildəsə professor elmi adına layiq görülüb.

Kazım Əliverdibəyov 19 dekabr 2022-ci ildə vəfat edib.

Ailəsi

  • Musiqişünas Ağalar bəy Əliverdibəyovun oğludur.
  • Skripkaçı Rasim Əliverdibəyovun, bəstəkar Nazim Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.

Fəaliyyəti

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edir.

Teatrda çalışmaqla yanaşı, 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının Opera hazırlıgı va xor dirijorluq fakültəsində dirijorluqdan dərs deməyə başlayıb.1985-ci ildə konservatoriyada, çalışdığı fakültədə kafedra müdiri vəzifəsinə təyin olunub. Üç il sonra Azarbaycan Dövlət Opera va Balet Teatrının baş dirijorluğu ona həvalə edilib.

1996-cı ildə Türkiyə dövlətindən dəvət gəlib. Bu tarixdən etibarən Kazım bəy on il orada yaşayıb. İzmirdəki 9 Eylül Universitetində simfonik orkestrə rəhbərlik edib və eyni zamanda dirijorluqdan dərs deyib.

2006-cı ildə Bakiya qayıtdıqdan sonra yenidən Opera va Balet Teatrında fəaliyyətini davam etdirib. Eyni zamanda, Bakı Musiqi Akademiyasınn opera hazırlığı kafedrasının əməkdaşı kimi tədrislə məşğul olub. 2010-cu ildə Opera va Balet Teatrındakı vəzifəsiylə vidalaşıb. O vaxtdan bu yana Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma va opera hazırlığı kafedrasının professoru kimi çalışıb.

Mükafatları

  • Azərbaycan SSR əməkdar incəsənət xadim — 10.01.1978
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31.05.2010.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kazım Əliverdibəyov haqqında məlumat. Kazım Əliverdibəyov nədir? Kazım Əliverdibəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şütür nahiyəsi

  • Fevral 27, 2026

    Skelet

  • Fevral 27, 2026

    Bəşər Əsəd

  • Fevral 27, 2026

    Pernambuku

  • Mart 01, 2026

    On qiraət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst