Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər‎?) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada ç

Katsudo Şaşin

  • Ana Səhifə
  • Vikipediya
  • Katsudo Şaşin

Katsudo Şaşin (活動写真, azərb. Hərəkətli şəkillər‎?) — 50 kadrdan ibarət olan qısa Yaponiya animasiyası. Yaradıcısı haqqında məlumatlar saxlanılmayıb. Yaponiyada çəkilmiş ilk anime hesab olunur. "Katsudo Şaşin"i Osaka İncəsənət Universitetinin müəllimi Natsuki Matsumoto 31 iyul 2005-ci ildə Kiotoda qədim ailə proyektorunda aşkar edib.

Katsudo Şaşin
活動写真
(Hərəkətli şəkillər)
Anime
Rejissorbilinmir
Vaxt3 san.
  Anime və manqa portalı

Proyektorda sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadr saxlanılmışdı. 3 saniyə davam edən animenin mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir.

Mündəricat

Təsviri

Katsudo Şaşin

"Katsudo Şaşin" sellüloiddən hazırlanmış lentə çəkilən 50 kadrdan ibarətdir və cəmi 3 saniyə davam edir. Animasiyanın kadr tezliyi saniyədə 16 kadr təşkil edir. Kadrın mövzusunu gəmiçi paltarında olan oğlan uşağının lövhədə kanci heroqlifləri ilə "hərəkətli şəkillər" (yap. 活動写真) yazaraq, tamaşaçılara çevrilib nəzakət əlaməti olaraq papağını çıxartması təşkil edir. Animenin əsl adı məlum deyil, "Katsudo Şaşin" animeyə verilmiş şərti addır.

Animenin kadrları ənənəvi əllə çəkmə multiplikasiyasındakı kimi fotoya alınmış təsvirlərin köməyilə deyil, trafaret vasitəsilə birbaşa lentə həkk edilib. 35 mm-lik kinolentə çəkilmiş təsvirlər qırmızı və qara rənglərdən ibarət idi. Animasiya ilə iş zamanı "sehrli fənər"dən istifadə olunub.

Arxa plan

Zootrop

Zootrop kimi qurğular üçün olan şəkillər ekranda göstərilən animasiyanın sələfi hesab olunur. 1898-ci ildə Nürnberq şəhərində keçirilən oyuncaq festivalı zamanı Almaniyanın Bing Gebruder şirkəti sinematoqrafı təqdim edib; tezliklə digər oyuncaq istehsalçıları da bu qurğunu satmağa başlayıblar. Təxminən elə həmin vaxtlarda sinematoqraf üçün animasiya filmləri yaranmağa başlayıb. Sinematoqrafın Yaponiyaya 1904-cü ildə gətirildiyi təxmin edilir.

Filmlərin kinolentdə yaranma texnologiyası Yaponiyada 1896-1897-ci illərdə meydana gəlmişdir. Fransız animator Emil Kolun 1911-ci ildə çəkdiyi "The Nipper's Transformations" animasiyası, Yaponiya teatrlarında nümayiş olunmuş ilk xarici animasiyadır (premyerası 15 aprel 1912-ci ildə Tokioda keçirilib). Oten Simokava, Seytaro Kitayama və Cuniçi Koçinin işləri, kinoteatrlarda nümayiş olunmuş ilk yapon animasiya filmləri olub. Onların bir çox filmləri itmiş, lakin sonradan bir hissəsi tapılmışdır.

Tapılması

2004-cü ilin dekabrında köhnə film və proyektorlar kolleksiyasını əldə etmiş Kiotodan olan alverçi, Osaka İncəsənət Universitetinin ikonoqrafiyalar üzrə eksperti olan Natsuki Matsumoto ilə əlaqə saxlayıb. Kolleksiya üç proyektor, on bir 35 millimetrlik kinolentdə çəkilmiş film və on üç şüşə diapozitivdən ibarət idi. Bir ay sonra Matsumoto kolleksiya ilə tanış olmaq üçün Kiotoya gəldi.

Matsumoto kolleksiya arasında "Katsudo Şaşin"i aşkar etdiyi zaman diafilm kifayət qədər bərbad vəziyyət idi. Aparılan tədqiqatlar əsasında Matsumoto və animasiya tarixçisi Nobuyuki Tsukada müəyyən ediblər ki, böyük ehtimalla film Meyci dövrünün sonuna yaxın, yəni 1912-ci ildə yaradılıb. Tarixçi Frederik Litten mümkün yaranma tarixi kimi 1907-ci ili göstərib. Həmin dövrdə Yaponiyada kinoteatrların sayı çox az olduğundan, tədqiqatçılar hesab edirlər ki, "Katsudo Şaşin" ev proyektorlarına sahib olan imkanlı şəxslər üçün nəzərdə tutulub. Animasiya filminin yaradıcısı haqqında məlumatlar saxlanılmayıb; Matsumoto lentin aşağı keyfiyyətli olması əsasında ehtimal edib ki, animasiya kiçik şirkət tərəfindən yaradılıb.

Filmin aşkarlanması yapon KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır. "Asahi Şimbun" qəzetində Meyci dövrünə aid animasiya filminin aşkar edilməsinin əhəmiyyətliliyi qeyd olunub. Qəzetdə, həmçinin qeyd olunub ki, "Katsudo Şaşin"i "sözün müasir mənasında animasiya adlandırmaq çətindir".

Qeydlər

  1. "Katsudo Şaşin" tapılana qədər Yaponiyada ilk anime 1917-ci ildə çəkilmiş "Imokawa Mukuzo Genkanban no Maki" (azərb. Gözətçi Mukuzo İmokavanın əhvalatı‎) hesab olunurdu.
  2. Meyci dövrü 1868-ci ildən 1912-ci ilə kimi davam edib.

Ədəbiyyat

  1. Jonathan Clements, Helen McCarthy. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917. Stone Bridge Press. 2006. 867. ISBN 978-1-93-333010-5.
  2. Matsumoto, Natsuki. Nihon eiga no tanjō. Shinwa-sha. 2011. 403. ISBN 978-4-86405-029-6.
  3. Litten, Frederick S. http://litten.de/fulltext/color.pdf (#bare_url_missing_title) (PDF) // Japanese color animation from ca. 1907 to 1945. 2014.
  4. Litten, Frederick S. Shōtai kenkyū nōto: Nihon no eigakan de jōei sareta saisho no (kaigai) animēshon eiga ni tsuite. 2013.
  5. Antonio López. A New Perspective on the First Japanese Animation. IPCA. 2012. səh. 579–586. ISBN 978-989-97567-6-2.
  6. Asahi Shimbun staff. . 2005.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katsudo Şaşin haqqında məlumat. Katsudo Şaşin nədir? Katsudo Şaşin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Berta Morizo

  • Fevral 28, 2026

    Diyen (dövlət)

  • Fevral 27, 2026

    Püştətala

  • Fevral 27, 2026

    Rokoko

  • Fevral 26, 2026

    Kəlam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst