Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karpyeyənlər - 3–15 mm uzunluğunda iri xərçənglərdir. Yastı bədəni ön və arxa şöbələrdən ibarətdir. Ön, baş-döş şöbəsi üstdən enli baş-döş qalxanla ör¬tülmüşdür

Karpyeyənlər

  • Ana Səhifə
  • Vikipediya
  • Karpyeyənlər

Karpyeyənlər və ya quyruqqəlsəməlilər (lat. Branchiura) dəstəsinin nümayəndələri iri xərçənglərdir.

Karpyeyənlər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Quruluşu

Karpyeyənlər - 3–15 mm uzunluğunda iri xərçənglərdir. Yastı bədəni ön və arxa şöbələrdən ibarətdir. Ön, baş-döş şöbəsi üstdən enli baş-döş qalxanla ör¬tülmüşdür. Bel səthində bir cüt faset göz, onların arasında isə üç sadə nauplial gözcük yerləşir. Bir cüt ikişaxəli üzgəc ayaqları ilə təchiz edilmiş dörd döş seqmenti də qalxanla örtülmüşdür. Bədən qarın şöbəsi ilə qurtarır, bunun sonunda isə furkal şaxələr vardır. Ön şöbənin çıxıntıları sahibin bədəninə yapışmağa, arxa şöbəninkilər isə üzməyə xidmət edir. Hər iki cüt antenalar çox qısadır. Çeynəmə çənələri arxaya yönəlmiş xortumcuq təşkil edir. Bu xortumcuq balığın bədən örtüyünə daxil edilir və onların qanını sormağa xidmət edir. Xortumcuğun yanlarında əmziklər yerləşmişdir. Dörd cüt döş ayaqcığı lələkli qıllarla təchiz olunmuşdur və bel tərəfi ilə yuxarıya doğru üzməyi həyata keçirir.

Yayılması

Karpyeyənlər şirin və şor sularda, müxtəlif balıqların dərisində yaşayırlar. Cəmi 60 növü məlum olan bu dəstənin 2 növü Azərbaycanda yaşayır.

Təsnifatı

Argulus coregoni Thorell Kür nərə zavodlarında nərə körpələrinin dərisi üzərində qeydə alınmışdır. Xəzər və Qara dənizlərin hövzələrində, Amur çayında, Kola yarımadası, Sankt-Peterburq vilayəti və Kareliyanın su hövzələrində yayılmışdır. A.follaceus (L.) Aşağı Kür göllərindən Hacıqabul, Şilyan, Naxalıxçala göllərində və Mingəçevir su anbarında tapılmışdır. Külmə, karp, sıf və b. balıqların parazitidir. Güclü patogen növdür. Arqulyozdan balıqların kütləvi qırılması məlumdur. Hər yerdə yayılmış növdür. Karpyeyənlər bəzən nohurlarda karpların qırılmasına səbəb olur. Kürəkayaqlılardan fərqli olaraq, onlar doyandan sonra balıqdan əl çəkir və su qatlarında üzürlər.

Həmçinin bax

  • xərçəngkimilər

Ədəbiyyat

AZƏRBAYCANIN HEYVANLAR ALƏMİ,II cild, Bakı, Elm, 2004

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karpyeyənlər sözünün mənası, karpyeyənlər haqqında məlumat. karpyeyənlər nədir? karpyeyənlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Maskalı alabayquş

  • Fevral 27, 2026

    Rafael

  • Mart 06, 2026

    Koreya mifologiyası

  • Mart 02, 2026

    Qarışqalar

  • Mart 06, 2026

    143 (ədəd)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst