Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstə

Karlos Çaves

  • Ana Səhifə
  • Vikipediya
  • Karlos Çaves

Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim.

Karlos Çaves
isp. Carlos Antonio de Padua Chávez y Ramírez
Karl van Vexten tərəfindən çəkilən Karlos Çavesin portreti (1937)
Karl van Vexten tərəfindən çəkilən Karlos Çavesin portreti (1937)
Ümumi məlumatlar
Doğum adı Padua Çaves-i-Ramires Karlos Antonio de
Doğum tarixi 13 iyun 1899
Doğum yeri Mexiko yaxınlığındakı Kalsado-de Takula
Vəfat tarixi 2 avqust 1978 (79 yaşında)
Vəfat yeri Mexiko
Vətəndaşlığı Meksika Meksika
Milliyyəti meksikalı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, xoreoqraf, musiqişünas, musiqiçi
Janr Opera and simfoniya
Musiqi aləti piano
Albom şirkətləri Columbia Records
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları

Quqqenhaym təqaüdü,

  • Incəsənət və elm sahəsində Milli Mükafat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir.

Fəaliyyəti

Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi. Həmin illərdə Çaves musiqi modernizmi ilə maraqlanaraq bir sıra əsərlər (“Çoxbucaqlılar”, “Altıbucaqlılar”, “Enerji”, “Spiral” və s.) yaramışdır. Xor və orkestr üçün “Proletar simfoniyası” (1934), “Respublika uvertürası” (1935), Meksika şairi K.Qutyerres Krusun sözlərinə yazılmış xor və orkestr üçün “Günəş” kantatası (1934) və s. əsərlərin müəllifidir. 20-ci əsrin 40-cı illərindən başlayaraq Çavesin musiqisi milli xüsusiyyətlərini saxlamaqla akademik xarakter almışdır. Müasir Meksika bəstəkarlarına Çaves yaradıcılığının böyük təsiri olmuşdur.

Həmçinin bax

  • Armando Manzanero

Xarici keçidlər

  • Karlos Çavesin bioqrafiyası və əsərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karlos Çaves haqqında məlumat. Karlos Çaves nədir? Karlos Çaves nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İkiqibləli məscid

  • Fevral 27, 2026

    II Eduard

  • Fevral 27, 2026

    Əhli-Sünnə

  • Fevral 27, 2026

    Leptothecata

  • Fevral 27, 2026

    Arettso FK

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst