Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu,

Karlar obası

  • Ana Səhifə
  • Vikipediya
  • Karlar obası

Koraoba — Astara rayonunun, Kijəbə qəsəbəsinin, Tüləküvan kəndinin mərkəzində yerləşən, yaşayış məntəqələrindən biri. Uzun müddət Azərbaycan SSR, Astara rayonu, inzibati ərazi vahidində Koroba kəndi kimi adlandırılıb. Müstəqillik dövründə bir neçə kəndlə birlikdə, Tüləgüvan kəndinə birləşdirilib. SSRİ dövründə kəndin adı təhrif edilərək rus dilinə uyğunlaşdırılıb və Koroba (rus. Kороба) adlandırılıb. Bu təhrif sonradan kəndin etimalogiyasına təsir edib.

Koraoba
38°32′00″ şm. e. 48°46′24″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0718
Koraoba xəritədə
Koraoba
Koraoba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Yaşayış məskəni kimi tunc dövrünə aiddir. Bunu təsdiq edən, kəndin ərazisindəki tunc dövrünə aid üç ədəd "Koraoba kurqanları"dır. Eyni zamanda yaşayış məskənində dəmir dövrünə aid "Koraoba daş qutu nekropolu" da var.

Çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında, Lənkəran qəzasının tərkibində olub. Lənkəran qəzası isə 1841–46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, kənd Şamaxı quberniyasının tərkibinə qatılıb. 1859-cu ildə Şamaxı zəlzələsindən sonra, mərkəzi Bakıya köçürüldüyündən quberniya Bakı quberniyası adlandırılmışdır.

22 aprel 1918 və 26 may 1918-ci illəri arasında Zaqafqaziya Demokratik Federativ Respublikası tərkibində, 1918-ci il mayın 28-dən Azərbaycan Demokratik Respublikasının tərkibində, respublikasının süqutandan sonra isə 5 fevral 1991-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində ayrıca kənd kimi statusu olub. Müstəqillik dövründən sonra, Astara royununda ayrıca kənd statusuna malik olsa da bir müddət sonra, bir neçə kəndlə birgə Tüləgüvan kəndinə birləşdirilib.

Kənddə ilk evləri tikmiş qardaşlardan, Osmanın evi indiyədək qalır.

Eşitmə qüsurlu olanların, danışıq qabiliyyətlərini itirməsi ilə əlaqədar olaraq, kənddə hal-hazırda da eşiqtmə və danışma qüsurlu uşaqlar doğulmaqdadır.

Etimologiyası

Talış dilindəki "kor" (kar) və "oba" (oba) sözlərindəndir. Mənası "kar obası" deməkdir.

Etimoloji tarix

Ərazinin, "Koraoba" kimi adlandırılması təxminən, 1800-cü illərin əvvələrinə, bəzi mənbələrdən daha əvvələ təsadüf edir. Kənd əhalisinin dediklərinə görə, bir zamanlar kənddə məskunlaşan altı qardaşın: Mahmud, Cümşüdəli (Cümşüəli, Cümşüd), Allahverdi, Mikayıl, Osman və Həsənverdi (Həsən) qardaşlarının adıyla bağlıdır. Qardaşlardan beşi: Mahmud, Cümşüdəli, Allahverdi, Osman, Həsənverdi anadangəlmə eşitmə qüsurlu, Mikayıl adlı qardaş isə az eşitmə qabiliyyətinə malik olub. Sonralar əhali çoxaldıqca əraziyə kənd statusu verilmiş, Azərbaycan SSR-nin Astara rayonunun, inzibati ərazi vahidində, "Koroba" kəndi adlandırılmışdır.

Bu təhrif, sonradan, etimoloji təhrifə çevrilmiş və "kar" deyil "kor" obası kimi yanlış etimologiyaya səbəb olmuşdur. Kəndin, Koraoba adı altında ilk müəssisəsi, 1963-cü ildə, kar qardaşlardan Osmanın oğlu, Ömər Əliyevin başlıca təşəbbüsü ilə tikilmiş "Koroba kənd orta məktəbi" olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il qərarı ilə məktəbin adı, kəndin şəhid övladı, Xanlar Mirəli oğlu Şəkərovun adına verilmişdir.

Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ sənəddə Astara rayonunda yerləşən abidələrin yerləşdiyi bəzi coğrafi adlar tamamilə təhrif olunur. Kəndlərə, ərazilərə, yerli əhaliyə tamamilə yad olan adlar verilir. "Əxicəbol" deyilən ərazizi — "Ağcabəl", "Xolabın" deyilən yer "Xolabin", "Çəpinətıbə" türbəsi "Çıraqtürbə", "Piyəçinəpard"-"Piyacənəpar", Sipyət kəndi-"Sipnəd", "Sərək" kəndi-"Saraq", "Səpəştə" kəndi-"Pəştə", "Əzərüd" kəndi-"Azarud", "Sipyəpard"-"Sipyəpart" kimi, "Aspahiz"-"Əspaşhiz", "Deqədi"-"Diqədi", "Səncərədi"-"Səngərədi", "Ruədılə" "Rüvəndıla", "Şahağağ"-"Şıxaqədi" və s. etnoqrafik adlar təhrif edilir. "Koraoba"(Karlar obası) kəndinə isə "Kürdoba"(Kürd obası) adı verilərək təkcə kəndin deyil, əhalinin də adı və soy kökü təhrif edilir.

Həmçinin bax

  • Astara
  • Tüləküvan
  • Ömər Əliyev

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karlar obası sözünün mənası, karlar obası haqqında məlumat. karlar obası nədir? karlar obası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ryazan

  • Mart 06, 2026

    Xbox

  • Fevral 27, 2026

    Kəski

  • Fevral 27, 2026

    V İvan

  • Fevral 25, 2026

    Müjdə

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst