Kamikadze (yap. 神風, "ilahi külək"; kami — "ilah", kadze — "külək"; rəsmi adı Tokubetsu Kogekitay (特別攻撃隊), Tokko Tay (特攻隊) və ya Tokko (特攻)) — İkinci dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı istifadə olunan yapon intiharçı pilotlarına verilən ad. "Kamikadze" — daha geniş məna ifadə edən və təkcə pilotları yox, bütün intiharçıları nəzərdə tutan tokkotay adlı başqa bir yapon termininin tərkib hissəsidir.


İlkin olaraq "kamikadze", yəni "ilahi külək" 1274 və 1281-ci illərdə monqol xanı Kubilayın Yaponiyanı ələ keçirmək üçün göndərdiyi donanmanı məhv edən tayfuna verilən addır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamikadze haqqında məlumat. Kamikadze nədir? Kamikadze nə deməkdir?