Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kadifekale (Türkcədən tərcümədə "məxmər qala" ) — Türkiyənin İzmir şəhərində təpənin və həmçinin həmin təpədə yerləşən qədim qalanın adı.

Kadifekale

  • Ana Səhifə
  • Vikipediya
  • Kadifekale

Kadifekale (Türkcədən tərcümədə "məxmər qala" ) — Türkiyənin İzmir şəhərində təpənin və həmçinin həmin təpədə yerləşən qədim qalanın adı.

Kadifekale
Xəritə
Ümumi məlumatlar
Ölkə
  •  Türkiyə
Koordinatlar 38°24′50″ şm. e. 27°08′45″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həm təpə, həm də qala türk dövründən əvvəl, Roma İmperiyası dövründə Paqos ( yun. Πάγος) adlandırılırdı və bu gün də yerli yunanlar tərəfindən belə adlandırılır. Rəvayətə görə burada yaşayan amazon qadınları su üçün dağın ətəyindəki Meles çayına enirdilər.

Qalanın tapıldığı zirvə sahildən təxminən 2 km məsafədədir və İzmir şəhərinin böyük bir hissəsinə, eləcə də İzmir körfəzinə mənzərə təqdim edir.

İnzibati baxımdan təpə sahəsinin böyük hissəsində, təxminən altıda dördündə gecəqondular yaradılmışdır. Bunlardan biri təpəylə eyni olaraq Kadifekale, digərləri isə Alireis, Altay, İmariye, Kosova və Yenimahalle kimi adlandırılıb.

2007-ci ildə İzmir Böyükşəhər Bələdiyyəsi Kadifekale'de təmir və bərpa işlərinə başladı. 2020-ci ildə Kadifekale, "İzmirin tarixi liman şəhəri"-nin tərkib hissəsi olaraq Ümumdünya irsinin Türkiyədəki müvəqqəti siyahısına daxil olmuşdur.

Mündəricat

Paqos dağında Smirnanın bərpası

Buaradkı ilk qeydə alınan müdafiə divarları sonralar Trakya və Kiçik Asiyada hökmdar (e.ə. 306) olan, Makedoniyalı İsgəndərin "varisi" (diadox) Lisimaços tərəfindən inşa edilmişdir.

Bu tikinti, İsgəndərin daxili körfəzin cənub-şərqində yerləşən təpənin üzərindəki, sadəcə bir neçə min insanın yerləşə biləcəyi Köhnə Smirnanı köçürməsi və şəhərin yenidən bərpası ilə əlaqələndirildi.

Yeni və daha böyük bir şəhərin salınması Pevsaninin söylədiyi bir əfsanədə şöhrət qazandı. Buna əsəsən İsgəndər ov etdikdən sonra şəhərin ibadət etdiyi iki Nemezida ziyarətgahının yaxınlığında bir çinar ağacının altında istirahət edərkən yuxu görür. Yuxuda ona yaxınlaşan tanrıçalar ona burada yeni bir şəhər salmağı və köhnə ərazidəki əhalini buraya köçürməyi buyurur. Bunun ardınca o klarosdakı məşhur kahinlə məsləhətləşir və kahin belə cavab verir:

Müqəddəs Melesin çayının arxasındakı Paqus şəhərində yaşayanlar axirətdə üç–dörd dəfə xoşbəxt olacaqlar.

İsgəndər köçürülmə üçün yalnız ideya müəlifi və ya təşəbbüskar rolunu oynamış ola bilsə də, Köhnə Smirnadakı son qazıntılar buradakı yaşayış məskəninin hətta onun dövründə də dayandırıla biləcəyini göstərdi. Bu əfsanə tez-tez qədim sikkələrdə təsvir olunurdu.

Tarixi

Strabon qeyd edir ki, Smirnanın yalnız kiçik bir hissəsi dağ üzərində yerləşirdi, daha çox hissəsi aşağıdakı düzənliklərdəki limanın ətrafında idi. Digər tərəfdən stadion və teatr dərhal zirvənin altındakı yamaclarda idi. Təpədəki və sahil yaxınlığındakı yaşayış məskənləri müəyyən dövrlərdə ayrıca bir tarixə sahib idi. 14-cü əsrdə təpədəki qala Aydınoğulları tərəfindən tutulur. 19-cu əsrdə Kadifekale, İzmirin aşağıdakı şəhər mərkəzi kosmopolit bir ərazi olarkən, tarixi əsasını təşkil edən bir neçə yamac üzərindəki zəncirin bir hissəsi idi.

İndiki divarlar orta əsrlərə aiddir. Bir sıra mənbələr mövcud divarların altında Yunan divar hörgüsünün qalıqlarının müşahidə olunduğuna dair iddialar irəli sürdülər, lakin bunlar ümumi olaraq qəbul edilmədi.

Qalanın yaxınlığında Roma dövründə inşa edilmiş və Bizans və Osmanlı dövrlərində təmir edilmiş yeraltı su anbarlarının qalıqları var. Bu anbarlar Smirna içməli su şəbəkəsinin mərkəzini meydana gətirirdilər. Bu şəbəkənin qalıqları hələ də İzmirin mərkəzindəki Smirna aqorasında qorunur.

Qalereya

  • Yeraltı su anbarları
    Yeraltı su anbarları
  • Qala qapısı
    Qala qapısı
  • Saat qülləsi
    Saat qülləsi
  • Qala divarları
    Qala divarları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kadifekale sözünün mənası, kadifekale haqqında məlumat. kadifekale nədir? kadifekale nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Proyektiv həndəsə

  • Fevral 27, 2026

    .gg

  • Fevral 27, 2026

    Xınalıq dili

  • Mart 01, 2026

    Çernoqoriya

  • Mart 01, 2026

    Amerikan mətbəxi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst