Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəramət Qəşəm oğlu Nəcəfov, professional adı ilə Kəramət Böyükçöl (17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı və publisisti.

Kəramət Böyükçöl

  • Ana Səhifə
  • Vikipediya
  • Kəramət Böyükçöl

Kəramət Qəşəm oğlu Nəcəfov, professional adı ilə Kəramət Böyükçöl (17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı və publisisti.

Kəramət Böyükçöl
Böyükçöl 2022-ci ildə
Böyükçöl 2022-ci ildə
Doğum tarixi 17 oktyabr 1987(1987-10-17) (38 yaş)
Doğum yeri
  • Əliqullar, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Uşağı 2
Atası Qəşəm Nəcəfzadə
Təhsili
  • BDU Filologiya fakültəsi (2007–2011)
Fəaliyyəti yazıçı, publisist, hekayə yazıçısı[d]
Janr povest[d]
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (2010–2015)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Kəramət Böyükçöl gənclik illərində, 2009 (sağdan ikinci əyləşən).

Kəramət Qəşəm oğlu Nəcəfov 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Atası Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub. Səbail rayonundakı 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid edir.

Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti və sənətçiləri tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən narahat olduğunu və şikayət etdiklərini bildirmişdir. Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini bildirmişdir. Böyükçöl bir gün sonra sərbəst buraxılmış və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanılmışdır.

"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırlamış və bu proqramda siyasi və ictimai mövzular müzakirə edilmişdir.

7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilmiş və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxılmışdır.

2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim etmişdir.

Uzun müddət fəaliyyətini səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl 31 yanvar 2024-cü ildə Kerazon adlı kitab mağazasını açmışdır. O, daha sonra bu mağazanı bağlamışdır və "qazel" alaraq satıcılıq fəaliyyətinə "yeriyən kitab mağazası" ilə Azərbaycanın regionlarında davam edəcəyini bildirmişdir. O, 2025-ci ilin avqustunda "Böyükçöl" adlı mikroavtobus səyyar kitab evini açmışdır.

Düşüncələri

Böyükçöl sazı "cahillik aləti" adlandırıb və "meyxana kimi bir şey" olduğunu bildirib.

Şəxsi həyatı

İki dəfə evlənib və ilk evliliyindən Jasmin adında bir qızı, ikinci evliliyindən Barış adında bir oğlu var. Yazıçı və publisist Qəşəm Nəcəfzadənin oğludur. Böyükçölün bir bacısı və bir qardaşı var.

Kitabları

  • Çatlamış fincan, Bakı: Araz, 2009. 58 səh.
  • Çöl, Bakı, 2010. (təkrar nəşr: Bakı: Qanun, 2020; Bakı: Qanun, 2023)
  • Səkkizinci gün, Bakı, Qanun, 2014, 240 səh. (təkrar nəşr: Bakı: Qanun, 2020; Bakı: 2023.)
  • Pozğun, Bakı: Zero, 2014.
  • Məni kim tapa bilər?, Bakı, Mücrü nəşriyyatı, 2020. 128 səh. (təkrar nəşr: Bakı: Qanun, 2021.)
  • Əlqəmə, 2021 (təkrar nəşr: Bakı: 2023.)
  • Elçibəyin sirri. Bakı, 2023, 260 səh.
  • Səs, Bakı, 2023. (təkrar nəşr: Bakı: Kerazon, 2024.)
  • Fərarinin həyat sevgisi, Bakı: Kerazon, 2024.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəramət Böyükçöl haqqında məlumat. Kəramət Böyükçöl nədir? Kəramət Böyükçöl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Puşkin rayonu

  • Fevral 28, 2026

    Yalançı

  • Fevral 27, 2026

    Anqad

  • Fevral 27, 2026

    Vasili Veliçko

  • Fevral 27, 2026

    Alban-Udi kilsəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst