Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
| Kəndir | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Kəndirkimilər Yarımfəsilə: Kəndirkimilər Triba: Kəndirkimilər Cins: Kəndir | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Botaniki xarakteristikası
Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi. Azərbaycanda keçmişdə kəndir lifi istehsalı ev peşəsi səciyyəsi daşımışdır. XIX əsrdə kəndir lifi istehsalı kustar sənət səviyyəsinə qalxdı. Kustar kəndir istehsalının inkişafında, Azərbaycanda gəmiçiliyin və quyu üsulu ilə neft çıxarma işinin inkişafı xüsusilə mühüm rol oynamışdır.
Sinonimləri
Heterotipik sinonimləri
- Apocynastrum Heist. ex Fabr.
- Cynopaema Lunell
- Poacynum Baill.
- Trachomitum Woodson
Növləri
- Dəlikçiçəkyarpaq kəndir (Apocynum androsaemifolium L.)
- Kənafabənzər kəndir (Apocynum cannabinum L.)
- Apocynum × floribundum Greene
- Apocynum pictum Schrenk
- Apocynum venetum L.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəndir (bitki) haqqında məlumat. Kəndir (bitki) nədir? Kəndir (bitki) nə deməkdir?
