Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kürmükoba bayramı — Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Q

Kürmükoba bayramı

  • Ana Səhifə
  • Vikipediya
  • Kürmükoba bayramı

Kürmükoba bayramı — Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.

Mündəricat

Mənşəyi və tarixi

Bu bayramın tarixçəsi əslində Kürmük məbədi və onun yerləşdiyi ərazi ilə sıx bağlıdır. Bayramın tarixi köklərinin qədim olması, bayramda bir çox adətlərin və fərqli dinlərə malik ayinlərin işlənməsi ilə xarakterikdir. Bayramın kökündə fərqli inanclar durur. Diqqəti çəkən məqəmlardan biri bayramın yaz və payız aylarında keçirilməsidir. "Kürmük Oba Bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. Əsas məbədə aparan yolun üstündə, iri qapını xatırladan nəhəng qara daş var. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub.. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək, birdəfəlik bağlanıb. Başqa bir inanc isə bizə Zərdüştlükdən xəbər verir. Zərdüştlük cizgiləri daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə, payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır.

Müasir araşdırmalar nəticəsində əldə olunan digər nəticələrədən biridə bu ərazinin müqəddəs yer olmasına səbəb Kitabi Dədə Qorqud qəhrəmanı Bəkilin dastanda göstərildiyi ərazinin məhz Qaxın bu ərazisi olmasıdır.

İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə Müqəddəs Georgi kilsəsini tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir.. Kilsənin inşasında əsas məqsəd insanların qədim adət və inanclarından istifadə edərək xiristianlığı geniş yayılmasına nail olmaq idi.

Adətlər

Bu gün insanlar evlərində yemək tədarükü görür, bir qismini isə məbədə gətirir. Onlar xoruz və ya qoyun qurbanlarını buraya gətirir. Bu gün nəhəng qara daşın əlçatan yerlərində yandırılan şamların qara hisi, daşın his basmış, yapışqanlı səthi insanların hələ də bu yerə olan etiqadlarını qoruyub-saxladıqlarından xəbər verir. Qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, uçub hansısa bəxtəvərin çiyninə qonacağına inanan əhali hələ də gətirib məbədin həyətinə xoruz buraxır və ya xoruz qurban kəsir. Maraqlı adətlərdən biri də diləklərinin həyata keçməsi üçün məbədə gedən yolu insanlar ayaq yalın getməsidir. Digər maraqlı cəhətlərdən biri xristian zəvvarların da ziyarət zamanı İslam dininin haram buyurduğu donuz ətindən qəti şəkildə istifadə etməməsidir.

Şəkillər

  • Məbədin yerləşdiyi dağın ətəyi.
    Məbədin yerləşdiyi dağın ətəyi.
  • Məbədə gedən dağ yolu
    Məbədə gedən dağ yolu
  • Bayramda insanlar qoyun və ya xoruz qurban kəsirlər
    Bayramda insanlar qoyun və ya xoruz qurban kəsirlər
  • Qədim məbədin ətrafındakı iri qayalar
    Qədim məbədin ətrafındakı iri qayalar
  • Qara daşın ətrafında şam yandırılır
    Qara daşın ətrafında şam yandırılır
  • Məbəddə və ətrafında dualar oxunur
    Məbəddə və ətrafında dualar oxunur
  • Məbədə ayaq yalın getməyə niyyət etmiş qadın
    Məbədə ayaq yalın getməyə niyyət etmiş qadın
  • Məbədi ziyarət etdikdən sonra insanlar yeyib içir, əylənirlər
    Məbədi ziyarət etdikdən sonra insanlar yeyib içir, əylənirlər

Həmçinin bax

  • Kürmük kilsəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kürmükoba bayramı sözünün mənası, kürmükoba bayramı haqqında məlumat. kürmükoba bayramı nədir? kürmükoba bayramı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Ağbaş (it)

  • Mart 06, 2026

    Üstüpü piri

  • Mart 02, 2026

    Tofiq Hacıyev

  • Fevral 27, 2026

    Alopecurus carolinianus

  • Mart 06, 2026

    Yaşıl kərtənkələlər

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst