Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd.
| Kürd Mahruzlu | |
|---|---|
| |
| 39°12′57″ şm. e. 46°44′08″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qubadlı rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Kürd Mahruzlu | |
Etimologiyası
Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur.
Tarixi
Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Coğrafiyası və iqlimi
Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir.
Əhalisi
14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd–Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd–Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı.
Qalereya
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kürd mahruzlu sözünün mənası, kürd mahruzlu haqqında məlumat. kürd mahruzlu nədir? kürd mahruzlu nə deməkdir?

