Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı Azərbaycan Milli Olimpiya Komitəsinin

Könül Nurullayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Könül Nurullayeva

Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri, COP29 Təkilat Komitəsinin üzvü, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, NATO Parlament Assambleyasının üzvü, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti.

Könül Nurullayeva
Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı
Vəzifədədir
10 mart 2020-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 1 dekabr 1985(1985-12-01) (40 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dillər Universiteti (–2009)
    Fəaliyyəti siyasətçi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • magistr (2009)

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.

    Siyasi–ictimai fəaliyyəti

    Milli Məclis

    Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçkilərində Könül Nurullayeva bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan–Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür. Azərbaycanı AŞPA-da "Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf" və "Bərabərlik və Qeyri–Diskriminasiya" komitələrində təmsil edir.

    Gənclər Hərəkatı

    Könül Nurullayeva 2005-ci ildə əsası qoyulan İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, 2008-ci ildə isə "İRƏLİ" İctimai Birliyinin yenidən formalaşması üzrə Təşkilat Komitəsinin sədri və yeni qurumun İdarə Heyətinin üzvü olub. Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olmuşdur.

    İdman fəaliyyəti

    Könül Nurullayeva idman fəaliyyəti dövründə bir sıra layihələrə "MDB və Baltikyanı ölkələrin MOK liderlərinin Regional Forumu", "Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi", "Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə Avropa Təsnifat yarışı", "Bakı 2014" Avropa Atletika Konvensiyası, "Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası" kimi tədbirlərə rəhbərlik etmişdir. Bundan əlavə, Azərbaycan "Bakı 2020" Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olduğu zaman Könül Nurullayeva Təşkilat Komitəsinin icraçı direktoru vəzifəsini icra etmişdir. 2009–2016-cı illər arası Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvü və həmin Federasiyada Beynəlxalq Əlaqələr İdarəsinin rəisi kimi çalışmışdır.

    2009-cu ildə Finlandiyanın Tampere və 2011-ci ildə Türkiyənin Trabzon şəhərlərində keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda o, 2008-ci ildə keçirilən Pekin Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərinin köməkçisi, 2012-ci ildə isə London Yay Olimpiya Oyunları zamanı Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini olmuşdur. 2010-cu ildə Azərbaycanın idman tarixində ilk dəfə qadın missiya rəhbəri təyin olunaraq Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətini müşahidə etmişdir. Növbəti Qış Olimpiya Oyunları 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən zaman, Könül Nurullayeva yenidən həmin vəzifəni icra etmişdir. 2015-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Bakı 2015" Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsini icra etmişdir. 2022-ci ildə Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti seçilmişdir.

    2024-cü ildə Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri vəzifəsinə seçilib.

    Beynəlxalq təmsilçilik

    2013-cü ildə Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası zamanı Federasiyaya 1963-cü ildən etibarən seçilən ilk xanım üzv oldu. 2017-ci ildə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, eyni zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılmış Əməliyyat Komitəsində İslam Həmrəyliyi İdman Federasiyası və Milli Olimpiya Komitələri ilə Əlaqələr idarəsinin müdiri olaraq çalışmışdır. 2017-ci ilin noyabrın 19-u İslam Həmrəyliyi İdman Federasiyasının 26-cı İcraiyyə Komitəsinin iclası zamanı Könül Nurullayeva ikinci dəfə İcraiyyə Komitəsinin üzvü seçilib. 2018-ci ildə İHİF-nin nəznində əsası qoyulan "Qadın və İdmanda Gender Bərabərliyi" komitəsinə rəhbər təyin olunub. İHİF tərəfindən 2021-ci ildə Türkiyədə keçiriləcək "5-ci İslam Həmrəyliyi Oyunları" ilə əlaqədar yaradılmış Koordinasiya Şurasınının üzvüdür.

    Könül Nurullayeva 2020-ci ildən etibarən "Dünya Qadın Siyasətçiləri" təşkilatının Azərbaycan üzrə səfiri, "Tolerantlıq və Sülh üzrə Qlobal Konsulluğu"nun Azərbaycandan seçilən ilk nümayəndəsidir. COP29 Təşkilat Komitəsinin üzvü kimi fəaliyyət göstərib..

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Könül Nurullayeva haqqında məlumat. Könül Nurullayeva nədir? Könül Nurullayeva nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Cəm şəhristanı

    • Fevral 27, 2026

      Avar-andi-sez dilləri

    • Fevral 26, 2026

      Hiroşi Hamaya

    • Fevral 27, 2026

      Pyotr Kropotkin

    • Fevral 26, 2026

      Səmədabad (Biləsuvar)

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst