Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jan-Mari Len (30 sentyabr 1939[…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı.

Jan-Mari Len

  • Ana Səhifə
  • Vikipediya
  • Jan-Mari Len

Jan-Mari Len (30 sentyabr 1939[…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı.

Jan-Mari Len
fr. Jean-Marie Lehn
Doğum tarixi 30 sentyabr 1939(1939-09-30)[…] (86 yaş)
Elm sahəsi Supramolekulyar kataliz
İş yerləri
  • Harvard Universiteti,
  • De Frans Kolleci,
  • Strasburq Universiteti,
  • Karlsrue Texniki İnstitutu
Təhsili
  • Harvard Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Leopoldin Alman Milli Elmlər Akademiyası (1985),
  • Fransa Elmlər Akademiyası (1985),
  • Dei Linçei Akademiyası (1985),
  • Papa Elmlər Akademiyası (1996),
  • ABŞ Milli Elmlər Akademiyası (1980),
  • Göttingen Elmlər Akademiyası[d],
  • Polşa Elmlər Akademiyası[d],
  • Macarıstan Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1980),
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Avropa Akademiyası (1988),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d],
  • Turin Elmlər Akademiyası[d] (1999),
  • Xorvatiya Elm və İncəsənət Akademiyası (1990)
Mükafatları "Akademik Palma" ordeninin cəngavər dərəcəsi — 1989 "Xidmətlərə görə" ordeninin zabit dərəcəsi — 1993 "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 2014 "Fəxri legion" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi Order of the Rising Sun, Gold and Silver Star — 2019 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni — 1990
CNRS silver medal — 1972 Kimya üzrə "Nobel" mükafatı — 1987
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Fransız kimyaçısı Len 1939-cu ilin sentyabrın 30-da Rosemdə anadan olmuşdur. 1960-cı ildə Strasburq Universitetini bitirmişdir. 1960-cı ildə Fransanın Milli elmi tədqiqatlar mərkəzində işləmişdir. 1963-1964-cü illərdə R.B. Vudvordun laboratoriyasında (Harvard Universitetində) təcrübə keçmişdir. 1963-1979-cu illərdə Strasburq Universitetində (1970-ci ildən professor), 1979-cu ildən Kollec de Fransda professor işləyir.

Əsas elmi tədqiqat istiqaməti üzvi sintez və kompleks birləşmələr kimyasıdır. 1962 1967-ci illərdə Ç.C. Pedersen tərəfindən başlamış tədqiqatları genişləndirmişdir.

1970-ci ildə NMR və pH-metriya üsulları ilə bisiklik amino-kraun efirlərini öyrənmiş, sübut etmişdir ki, onlar monosiklik kraun efirlərinə nəzərən iki tərtib daha çox kompleks əmələ gətirmək qabiliyyətinə malikdir. 1972-1978-ci illərlə supermolekul adlanan Kraun efirləri komplekslərinin təkcə kationlarla yox, həmçinin anionlarla və neytral molekullarla əmələ gəlməsində həndəsi və energetik komplementarlığının əhəmiyyətli qanunauyğunluq olduğunu müəyyən etmişdir. Kraun efirlərinin onlarla əlaqələnən substrata münasibətdə katalitik rolunu göstərmiş, onları fermentativ sistemlərə bənzətmişdir.

1980-ci ildə ilk dəfə olaraq polimakrotsiklik kraun-sistemlərin ümumi sintezi üsulunu işləyib hazırlamışdır. Bu üsul həm də metal üzvi xarakterli kraun-sistemlərin sintezinə də aiddir. Proto-ATFaza və protokinaz göstərən kraunsistemlər almışdır.

1987-ci ildə “Yüksək seçicilikli struktur-spesifik qarşılıqlı təsirli molekulların tədqiqi və istifadəsinə görə” Nobel mükafatına layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jan-Mari Len haqqında məlumat. Jan-Mari Len nədir? Jan-Mari Len nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Aşina Buçjen

  • Fevral 28, 2026

    Hagen

  • Fevral 27, 2026

    Gilan dili

  • Mart 01, 2026

    DJ Fateh

  • Mart 01, 2026

    Balqabaq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst