MKEK JNG-90 və ya digər adı ilə Bora-12 snayper tüfəngi Türkiyənin MKE şirkəti tərəfindən istehsal olunmuşdur. Türkiyənin Jandarm Genel Komutanlığının uzun çalışmalarından sonra meydana çıxan Bora-12 sonradan MKE şirkəti ilə birgə çalışmanın nəticəsində indiki vəziyyətini almış və seriyalı istehsala başlamışdır.
| MKEK JNG-90 | |
|---|---|
| |
| Tipi | Snayper tüfəngi |
| Ölkə | |
| İstismar tarixçəsi | |
| İstismar illəri | 2008-davam edir |
| İstismara başlanması | 2008 |
| İstismar edənlər | Türkiyə, Azərbaycan |
| İstehsal tarixçəsi | |
| Konstruktor | MKEK |
| Yaranma tarixi | 2004-2008 |
| İstehsalçı | MKEK |
| İstehsal illəri | 2008-davam edir |
| Xüsusiyyətləri | |
| Ağırlığı | 4.8 kq |
| Məsafə | 1200 m |
| Uzunluğu | 1080 mm |
| Kalibr | 7.62x51 mm NATO |
| Effektiv məsafə | 1200 m |
MKE-nin Kırıkkale şəhərində yerləşən təsislərində istehsalı həyata keçirilən Bora-12 7.62 mm çapında və 1200 metr məsafədən hədəfi dəqiq vurmaq qabiliyyətinə sahib snayper tüfəngidir. Silahın konstruksiya işləri 2004-cü ildə başlamış və 2008-ci ilə qədər davam etmişdir.
İstifadəçilər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, JNG-90 haqqında məlumat. JNG-90 nədir? JNG-90 nə deməkdir?
