Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Sanço (port. Sancho I de Portugal) və ya Yurdsalan Sanço (port. Sancho o Povoador; 11 noyabr 1154, Koimbra – 26 mart 1211, Koimbra) — II Portuqaliya kralı.

I Sanço

  • Ana Səhifə
  • Vikipediya
  • I Sanço

I Sanço (port. Sancho I de Portugal) və ya Yurdsalan Sanço (port. Sancho o Povoador; 11 noyabr 1154, Koimbra – 26 mart 1211, Koimbra) — II Portuqaliya kralı.

I Sanço
port. Sancho I de Portugal
II Portuqaliya kralı
6 dekabr 1185 – 26 mart 1211
ƏvvəlkiI Afonso
SonrakıII Afonso
Şəxsi məlumatlar
Doğum adı Martinho
Doğum tarixi 11 noyabr 1154(1154-11-11)
Doğum yeri
  • Koimbra, Portuqaliya
Vəfat tarixi 26 mart 1211(1211-03-26) (56 yaşında)
Vəfat yeri
  • Koimbra, Portuqaliya
Vəfat səbəbi cüzam
Dəfn yeri
  • Santa Kruz monastrı[d]
Fəaliyyəti şair
Atası I Afonso
Uşaqları
  • II Afonso
Ailəsi Burqoniya sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Portuqaliya krallığının ilk kralı I Afonso və xanımı Savoyyalı Matildanın ikinci, ancaq yetkinlik yaşına çata bilən yeganə oğlu kimi 1154-cü ildə dünyaya gəldi. Atasının vəfatının ardından onun yeganə varisi kimi 1185-ci ildə taxta çıxdı.

Qalisiya ilə sərhəd probleminə son qoyaraq bütün gücüylə cənubdakı müsəlmanlarla mübarizə apardı. Səlibçilərin hərbi dəstəyilə Alvor qalasını yağmaladı və 1189-cu ildə Silves şəhərini fəth etdi. 20 minlik əhalisiylə cənub bölgəsinin ən güclü şəhəri olan Silves şəhərində bərpa işləri gördü və günümüzədək qalan qalanın inşasını əmr etdi. Ancaq şimaldakı çaxnaşmalar səbəbilə Silves şəhəri diqqət mərkəzindən qaçdı və 1191-ci ildə mavrlar tərəfindən yenidən işğal edildi.

1174-cü ildə hələ taxta çıxmadan öncə, Araqon kralı II Ramironun nəvəsi Dulsa ilə evləndi. Cütlük bu nigahdan 11 övlad sahibi oldu. Bundan başqa kralın məşuqələrindən dünyaya gələn çox sayıda övladı da vardı.

  • Tereza, Leon kraliçası
  • Sança (1180-1229), rahibə
  • Konstansa (1182-1186)
  • II Afonso, Portuqaliya kralı
  • Raymundo (1187-1189)
  • Pyotr (1187-1258), Urqel qrafı
  • Ferdinand (1188-1233), Flandriya qrafı
  • Henri (1189)
  • Mafalda, Kastiliya kraliçası
  • Branka (1198-1240), rahibə
  • Berenqariya, Danimarka kraliçası

Səltənətinin böyük hissəsini ölkənin ucqar nöqtələrində yaşayış məntəqələri yaratmaqla məşğul oldu. Elmə və ədəbiyyata olan marağı ilə bilinir. Bir neçə şeir kitabı olduğu bilinən I Sanço dövlət xəzinəsi hesabına çox sayda gənci Avropanın müxtəlif elm mərkəzlərinə təhsil almaq üçün göndərdi. 1211-ci ildə Koimbrada vəfat etdi və taxta böyük oğlu II Afonso çıxdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Sanço haqqında məlumat. I Sanço nədir? I Sanço nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Layoş

  • Fevral 27, 2026

    Geosentrizm

  • Fevral 25, 2026

    Mancuriya

  • Fevral 25, 2026

    Pambıq

  • Fevral 24, 2026

    Paytakaran

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst