Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

IDE (“Intelligent Drive Electronic” – Ağıllı Elektron İdarəetməsi) – ATA interfeysinə malik olan sərt disk növü.

IDE disklər

  • Ana Səhifə
  • Vikipediya
  • IDE disklər

IDE (“Intelligent Drive Electronic” – Ağıllı Elektron İdarəetməsi) – ATA interfeysinə malik olan sərt disk növü.

Məlumatların paralel ötürülməsini təmin edən ATA standartı ilə uyğunlaşdırılan ucuz IDE elektronikası sərt disklər istehsal etməyə imkan verir. Həm də yaddan çıxarmaq lazım deyil ki, ATA xarici qurğuların qoşulması üçün nəzərdə tutulmayıb və 60sm-dən artıq uzunluqda kabelləri dəstəkləmir. Daha doğrusu, belə ATA kabellərini almaq olar, sadəcə onların istifadəsi məsləhət deyil.

1 ATA portu diskin 2 cür – master və slave qoşulmasını təmin edir. Çox vaxt demək olar ki, həmişə insanlar 1 porta sərt diski master olaraq, digər bir qədər yavaş qurğuları, məsələn CD-ROM kimi disk sürücülərini isə slave olaraq qoşurlar. Lakin bilirik ki, IDE hər zaman portda yalnız 1 qurğuya müraciət edə bilər, beləliklə, ümumilikdə sistemin məhsuldarlığı azalır. Prinsipcə slave qoşulmadan istifadə etməmək daha yaxşı olar. Hal-hazırda bütün anakartlarda 2 ədəd IDE portu vardır, hətta bəzilərində 4-ə bərabər olur (ABIT BX-133 RAID tipli). Sərt diski birinci əsas porta master olaraq DVD və ya CD-ROM-u isə ikinci köməkçi porta master olaraq qoşmaq lazımdır.

Bu gün bazarda IDE disklərinin 3 əsas standartı var: ATA/33, ATA/66 və ATA/100. Bu halda rəqəm saniyədə meqabaytla maksimal buraxma qabiliyyətini göstərir. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ATA/66 və ATA/100 üçün xüsusi ATA/66/100 80 uclu kabel tələb olunur, əgər 40 uclu kabeldən istifadə edilərsə, onda ATA/66/100 standartı ATA/33 kimi işləyəcək. Bir qayda olaraq, belə kabel ATA/66/100 standartını dəstəkləyən bütün anakartların komplektində olur. Bu 3 standartı, bir sözlə, UDMA adlandırırlar. Baxmayaraq ki, bu düzgün deyil, UDMA, ATA və IDE qarşılıqlı əvəzolunan məfhumlar kimi qeyd olunur.
Bütün IDE disklər ATA-nın bütün versiyaları ilə işləməlidirlər. ATA/100 rejimli standart ATA/33 ilə müqayisədə əla işləməlidir, ATA/33 rejimli disk standartı isə ATA/100 ilə müqayisədə normal işləməlidir. Ancaq aydındır ki, vinçester, yəni sərt disk ən aşağı komponentin sürətində işləyəcək. Hər iki halda sürət ATA/33 mübadilə rejimli standartın sürəti olacaq, daha doğrusu 33Mb/san mübadilə sürətinə bərabər olacaq. Bəzən uyğunsuzluqlarla da rastlaşmaq olur, məsələn müəyyən disk müəyyən kabellə işləmək istəmir və ya 2 müxtəlif istehsalçının diski eyni bir portda yanaşı mövcud olmaq istəmir.
Əslində ATA/33, ATA/66 və ATA/100 arasında məhsuldarlıq fərqi bir o qədər də yüksək deyil, belə ki söhbət real işdə çox az nail olunan mübadilə sürətindən gedir. Hətta 66Mb/san-də məlumatların ötürülməsini təmin edən ATA/100 disk standartları mövcud deyil, belələri çox azdır. 33Mb/san-də məlumat ötürməyə imkan verir. Yalnız sərt diskin keş yaddaşı yüksək mübadilə sürətinin üstünlüklərindən istifadə edə bilər. Lakin bunun üçün keş yaddaşın ölçüsü kifayət qədər böyük olmalıdır. Əksər IDE disklər 512Kb keş yaddaşa malikdir və yalnız bəziləri, ən bahalıları 2 və ya 4Mb keş yaddaşla öyünə bilərlər.
Deməli, IDE-nin əsas çatışmazlığı əvvəlki kimi kiçik sürətə malik olmasıdır. Əlbəttə müasir IDE disklər köhnə SCSI disk modellərini sürət xarakteristikalarına görə ötüb keçiblər, lakin yeni SCSI vinçesterləri ilə onları müqayisə etmək olmaz. Fırlanma sürəti dəqiqədə (rpm) 7200 dövr olan kifayət qədər sürətli IDE diski almaq olar, lakin sürəti 15,000rpm olan SCSI ötürücüsü də almaq olar ki, bu da daha sürətli sayılır. Əlavə olaraq, istehsalçının müəyyən etdiyi fasiləsiz işləmə vaxtı IDE disklərdə daha azdır, nəinki SCSI disklərdə. Ola bilsin, bu sadəcə marketinq tədbiridir, lakin elə fikir mövcuddur ki, SCSI qurğular IDE-yə nisbətən daha etibarlıdır.
Hətta şpindeldə 7200 dövr sürətlə fırlanan disklər də kifayət qədər bahalıdır. Bizim bazarda olan əksər modellər 5400rpm fırlanma sürətinə malikdir. Belə disklər 30-40 dollar ucuzdur və az səs salır, ancaq məhsuldarlığı azdır. Baxmayaraq ki, evdə istifadəyə tam yarayır.
Gələcəkdə ATA, yəqin ki, Serial ATA standartına keçid yolundadır. Serial ATA 2 uclu (biri qəbul üçün, digəri ötürmə üçün) kabelə malikdir və IDE onu 1,5Gbit/san mübadilə sürəti ilə təmin etməlidir, bəlkə də daha çox. Bu, ucları 40 dəfə artıq olan ATA/100-ün mübadilə sürətini 2 dəfə ötüb keçir. SATA-nın yeganə mənfi tərəfi bir portda yalnız bir qurğunun olmasıdır, lakin bir neçə portla nizamlayıcı olduğu zaman bu problem deyil.

Üstünlükləri:

1.az vəsaitə məhsuldarlığın pis olmaması;
2.əksər mövcud avadanlıqla uyğunluğu və geniş yayılması.

Çatışmazlığı:

1.bir o qədər də sürətli olmayan disklər olması;
2.kabelin uzunluğuna görə sərt məhdudiyyətlər;
3.yalnız daxili olması.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ide disklər sözünün mənası, ide disklər haqqında məlumat. ide disklər nədir? ide disklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    LVMH

  • Fevral 28, 2026

    Formula-1

  • Fevral 27, 2026

    Panama sənədləri

  • Fevral 23, 2026

    Memarlıq

  • Mart 01, 2026

    Əbdürrəhman xan

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst