Həzaracat (Dəri: هزارهجات) və ya Həzaristan (Dəri: هزارستان) — Əfqanıstanın mərkəzində əsasən həzaraların yaşadığı tarixi ərazi. Cənub-qərbi Türkistan kimi də adlandırılan ərazi — Həzaristan, tarixin erkən dövrlərində türklərin də yaşadığı bir məkan olmuşdur. XIII əsrdə baş vermiş monqol istilası nəticəsində region türk-monqol qarışığı vəziyyətinə gəlmişdir. Monqol sərkərdəsi olan Baycu noyon “Həzara” adlanan yerdə doğulmuş və onun türk mənşəli olması ehtimalı da mövcuddur. Əhalinin böyük əksəriyyəti monqol olsa da, regionda türk əhalisi də mövcud olmuşdur. Teymur və Babur Şah kimi türk hökmdarları da burada hakimiyyət sürmüşdürlər. Babur Şah öz imperiyasını Kabil şəhərində, yəni Həzaristanda qurmuşdur.

Qeydlər
- prs; Həzaraqi ləhcəsi: آزرهجات, haz
- prs; Həzaraqi ləhcəsi: آزرستان, haz
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həzaracat haqqında məlumat. Həzaracat nədir? Həzaracat nə deməkdir?