Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Abbasqulu oğlu Əbluc (22 aprel 1942, Təbriz – 13 mart 1994, Bakı) — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Azərbaycan SSR əməkdar

Həsən Əbluc

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Əbluc

Həsən Abbasqulu oğlu Əbluc (22 aprel 1942, Təbriz – 13 mart 1994, Bakı) — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1979).

Həsən Əbluc
Doğum tarixi 22 aprel 1942(1942-04-22)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 13 mart 1994(1994-03-13) (51 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti aktyor, rejissor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Mündəricat

Həyatı

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

  • Kinorejissor Ənvər Əblucun qardaşıdır.
  • Rejissor Elnaz Əblucun atasıdır.

Xatirəsi

Ənvər Əbluc onun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

11 may 2018-ci ildə İranın Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Həsən Əblucun xatirə gecəsi keçirilmişdir.

Filmoqrafiya

  • Abbas Mirzə Şərifzadə (film) (qısametrajlı sənədli film) (Aztv) (mətni oxuyan)
  • Ağ atlı oğlan (film, 1995)
  • Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — kadrarxası mətni oxuyan
  • Arxadan vurulan zərbə (film, 1977) — film səsləndirən: Fazil (Akif Əli)
  • Babək (film, 1979)
  • Bakıda küləklər əsir (film, 1974)
  • Bircəciyim (film, 1986)
  • Birisigün, gecəyarısı... (film, 1981)
  • Bizim küçənin oğlanları (film, 1973)
  • Dantenin yubileyi (film, 1978)
  • Dəli Kür (film, 1969)
  • Dənizə çıxmaq qorxuludur (film, 1973)
  • Doğma sahillər (film, 1989)
  • Ən vacib müsahibə (film, 1971)
  • Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  • Həsən Əbluc (film, 1999)
  • İstintaq (film, 1979)
  • İstintaq davam edir (film, 1966)
  • İyirmialtılar (film, 1966)
  • Qanlı zəmi (film, 1985)
  • Qara gölün cəngavərləri (film, 1984)
  • Qaraca qız (film, 1966)
  • Qatarda (film, 1981)
  • Mikayıl Müşfiq (film, 1978)
  • Od içində (film, 1978)
  • Ölsəm... bağışla (film, 1989)
  • Ömrün ilk saatı (film, 1973)
  • Özgə ömür (film, 1987)
  • Pəncərə (film, 1991)
  • Sən niyə susursan? (film, 1966)
  • Şeytan göz qabağında (film, 1987)
  • Tənha narın nağılı (film, 1984)
  • Torpaq dəniz od səma (film, 1967)
  • Uşaqlığın son gecəsi (film, 1968)
  • Ümid (film, 1992)
  • Ürək yaman şeydir… (film, 1992)
  • Ürək... Ürək... (film, 1976)
  • Yaramaz (film, 1988)
  • Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  • Yenilməz batalyon (film, 1965)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Əbluc haqqında məlumat. Həsən Əbluc nədir? Həsən Əbluc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bertran Rassel

  • Fevral 27, 2026

    Salix barrattiana

  • Mart 01, 2026

    1848-ci il

  • Fevral 27, 2026

    Nuhun gəmisi

  • Fevral 27, 2026

    Lonq-Biç (Kaliforniya)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst