Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Məzarcı və ya Həsən Məzarçı (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır

Həsən Məzarcı

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Məzarcı

Həsən Məzarcı və ya Həsən Məzarçı (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır.

Həsən Məzarcı
Şəxsi məlumatlar
Doğum tarixi 11 may 1954(1954-05-11) (71 yaş)
Partiya
  • Rifah Partiyası
Fəaliyyəti siyasətçi

Mündəricat

Həyatı

O, müfti olduğu İstanbulda Rifah Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə öz namizədliyi göstərmiş və deputat seçilmişdir. Məzarcı yaxın tarixlə bağlı mübahisəli məsələləri məclisin gündəminə gətirməsi, konfranslarda Atatürkü təhqir etməsi və laisizm əleyhinə çıxışları ilə diqqət çəkmiş və bu səbəbdən partiyasından xaric edilmişdir. Daha sonra Atatürkü təhqir etdiyinə görə Ankara 5-ci Cəza Məhkəməsi ona 1 il həbs cəzası vermişdir. 3 ilə yaxın yaşadığı Almaniyadan Türkiyəyə qayıdan Məzarcı cəzasını çəkmək üçün göndərildiyi Ədirnədəki İpsala qapalı həbsxanasında təxminən 3 ay qalmışdır. Bundan sonra o, "Cəzaların icrası haqqında" qanunun müddəalarına uyğun olaraq cəzasını çəkmiş və 6 may 2002-ci ildə azadlığa çıxmışdır.

Mezarcının həbsxana prosesindən başlayaraq özünə qapanma və təcrid dövrünə girdiyi müşahidə edilmişdir. O, 25 noyabr 2000-ci ildə verdiyi müsahibədə 3 il əvvəl həbsxanada İsa Məsih olduğunu Allah tərəfindən ona xəbər verildiyini bildirmiş və həvariləri ilə birlikdə vəzifəsini yerinə yetirəcəyini bildirmişdir. Onun həbsdə olarkən psixoloji və biokimyəvi işgəncələrə məruz qalaraq psixi sağlamlığını itirdiyi iddia edilmişdir. Məzarcı işgəncə ilə bağlı bütün iddiaları rədd etmişdir.

Məzarcı 11 yanvar 2012-ci ildə Türkiyənin o zamankı prezidenti Abdullah Gülə və Konstantinopol Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeyə, 24 yanvar 2012-ci ildə Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğana məktublar göndərmişdir.

Məzarcı Düzcənin Aydınpınar kəndində yaşayır. O, həvariləri olduğunu iddia etdiyi insanlarla öz internet saytı və sosial media hesabları vasitəsilə fəaliyyətini davam etdirir.

Əsərləri

  • Kavgamın Perde Arkası
  • Müjde - Meryemoğlu Mesih Îsâ Hâ-Mîm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həsən məzarcı sözünün mənası, həsən məzarcı haqqında məlumat. həsən məzarcı nədir? həsən məzarcı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Four

  • Mart 01, 2026

    Hocaz çayı

  • Fevral 25, 2026

    Feodal

  • Fevral 27, 2026

    İndiana

  • Fevral 27, 2026

    Alkaloidlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst