Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıf

Həndəsi silsilə

  • Ana Səhifə
  • Vikipediya
  • Həndəsi silsilə

Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıfırdan fərqli sabit ədədin hasilinə bərabər olan ədədi ardıcıllıq. Məsələn, 2, 6, 18, 54, … ardıcıllığı silsilə vuruğu 3 olan həndəsi silsilədir. Eynilə 10, 5, 2.5, 1.25, … silsilə vuruğu 1/2 olan həndəsi silsilədir. Həndəsi silsiləyə misal olaraq 2k və 3k kimi sıfırdan fərqli r sabitinin rk qüvvətlərini göstərmək olar. Həndəsi silsilənin ümumi forması belədir

1(rn−1) modelinə uyğun olaraq 6 təkrarlanan tündlüyə qədər üç əsas həndəsi silsiləni təsvir edən sxem. Birinci blok vahid blokdur və qırıq xətt ardıcıllığın sonsuz cəmini, sonsuza qədər yaxınlaşacağı, amma əsla toxunmayacağı ədədi ifadə edir:

a ,   a r ,   a r 2 ,   a r 3 ,   a r 4 ,   … {\displaystyle a,\ ar,\ ar^{2},\ ar^{3},\ ar^{4},\ \ldots } {\displaystyle a,\ ar,\ ar^{2},\ ar^{3},\ ar^{4},\ \ldots }

burada r ≠ 0 silsilə vuruğu, a ≠ 0 isə ardıcıllığın başlanğıc qiymətinə bərabər olan əmsaldır.

Silsilə və sıra arasındakı arasındakı fərq ondan ibarətdir ki, silsilə ardıcıllıq, sıra isə cəmdir.

Elementar xassələr

İlk həddi a = a1, silsilə vuruğu r olan həndəsi silsilənin n-ci həddi aşağıdakı kimi verilir:

a n = a r n − 1 {\displaystyle a_{n}=a\,r^{n-1}} {\displaystyle a_{n}=a\,r^{n-1}}

Belə həndəsi silsilə rekurrent münasibətə uyğundur:

hər bir n ≥ 2 {\displaystyle n\geq 2} {\displaystyle n\geq 2} tam ədədi üçün a n = r a n − 1 {\displaystyle a_{n}=r\,a_{n-1}} {\displaystyle a_{n}=r\,a_{n-1}}

Ümumiyyətlə, verilmiş ardıcıllığın həndəsi olub-olmadığını yoxlamaq üçün sadəcə ardıcıllığın bütün hədlərinin eyni silsilə vuruğuna malik olub-olmadığını yoxlamaq kifayətdir.

Silsilə vuruğu mənfi olarsa, işarəsi müsbət və mənfinin arasında dəyişən ədədi ardıcıllıq alınar. Misal üçün

1, −3, 9, −27, 81, −243, …

silsilə vuruğu −3 olan həndəsi silsilədir.

Həndəsi silsilənin davranışı silsilə vuruğunun qiymətindən asılıdır.

Silsilə vuruğu:

  • müsbətdirsə, bütün hədlərin işarəsi ilk həddinki ilə eyni olacaq.
  • mənfidirsə, hədlər müsbət və mənfi arasında dəyişəcək.
  • 1-dən böyükdürsə, müsbət və ya mənfi sonsuzluğa doğru eksponensial (üstlü şəkildə) artacaq (ilk həddin işarəsindən asılı olaraq).
  • 1 olduqda, silsilə sabit ardıcıllıqdır.
  • −1 ilə 1 arasında olduqda, lakin sıfır qiymətini almadıqda, ardıcıllıq sıfıra doğru (→ 0) eksponensial dağılacaq.
  • −1 olduqda, ardıcıllığın hər bir həddi mütləq qiymətcə sabitdir və hədlərin işarəsi növbə ilə dəyişir.
  • −1-dən kiçik olduqda, mütləq qiymətlər üçün işarə növbə ilə dəyişdiyinə görə (işarəsiz) sonsuzluğa doğru eksponensial artım var.

Həndəsi silsilələr (silsilə vuruğu −1, 1 və ya 0-dan fərqli olan) 4, 15, 26, 37, 48, … (silsilə fərqi 11-dir) kimi ədədi silsilənin xətti artımından (və ya azalmasından) fərqli olaraq eksponensial artım və ya eksponensial dağılma nümayiş etdirir. Bu nəticə T.R. Maltus tərəfindən Populyasiya prinsipinin riyazi təməli kimi qəbul edilib. Qeyd etmək lazımdır ki, iki növ silsilə bir-birilə bağlıdır: ədədi silsilənin hər bir həddini qüvvətə yüksəltmək həndəsi silsiləni, müsbət silsilə vuruğuna malik həndəsi silsilənin hər bir həddini loqarifmləmək ədədi silsiləni verir.

Həndəsi silsilənin tərifinin maraqlı nəticəsi ondan ibarətdir ki, hər hansı üç ardıcıl a, b və c hədləri aşağıdakı tənliyi ödəyəcəkdir:

b 2 = a c {\displaystyle b^{2}=ac} {\displaystyle b^{2}=ac}

burada b, a və c ədədlərinin həndəsi ortasıdır.

Tarix

Mesopotamiyanın erkən xanədanlıq dövrünə aid gil lövhədə əsası 3, vuruğu 1/2 olan həndəsi silsilədən bəhs edilir. Bunun Şuruppak şəhərindən olan şumerlərə aid olduğu irəli sürülür. Bu, Babil riyaziyyatı dövründən əvvələ aid həndəsi silsilə ilə haqqındakı yeganə məlum qeyddir.

Evklidin Başlanğıclarının VIII və IX kitablarında həndəsi silsilələr (məsələn, ikinin qüvvətləri) təhlil edilir və onların bir neçə xassəsi verilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həndəsi silsilə haqqında məlumat. Həndəsi silsilə nədir? Həndəsi silsilə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    83 (ədəd)

  • Fevral 27, 2026

    Volkswagen AG

  • Fevral 27, 2026

    Heşəcin

  • Fevral 25, 2026

    İshaq Cəfərzadə

  • Fevral 27, 2026

    Supertürmə!

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst