Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılov Hüseyn Ələsgər oğlu (10 dekabr 1952, Ağbulaq, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun direktoru (2003–2

Hüseyn İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn İsmayılov

İsmayılov Hüseyn Ələsgər oğlu (10 dekabr 1952, Ağbulaq, Krasnoselsk rayonu) — filologiya elmləri doktoru, professor, AMEA Folklor İnstitutunun direktoru (2003–2011).

Hüseyn İsmayılov
Hüseyn Ələsgər oğlu İsmayılov
Doğum tarixi 10 dekabr 1952(1952-12-10) (73 yaş)
Doğum yeri
  • Ağbulaq, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ
Elm sahələri filologiya, folklor
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri
  • AMEA Folklor İnstitutu
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Elmi rəhbəri Yaşar Qarayev

Mündəricat

Həyatı

Hüseyn İsmayılov 1952-ci il dekabrın 10-da Ermənistan SSR, Krasnoselo rayonunun Ağbulaq kəndində anadan olmuşdur. 1970-ci ildə həmin kənddə orta məktəbi bitirmiş, 1970-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1974-cü ildə təhsilini tamamlamışdır. 1974-cü ildə Ermənistan SSR Ararat rayonunun Şirazlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 1975-ci ilin may ayından 1976-cı ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. İrəvan Dövlət Pedaqoji İnstitutunda 1976-cı ilin oktyabr ayından 1988-ci ilin sentyabrınadək Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında müəllim işləmişdir. Azərbaycan, rus, xarici ölkələr ədəbiyyatından mühazirələr oxumuşdur.

1986-cı ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1989-cu ilin aprel ayından 1997-ci ilin fevral ayınadək M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Azərbaycan dili kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1995-ci ilin aprel ayından 1998-ci il yanvar ayına qədər Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyətə başlayan "Folklor sarayı" Elmi-Mədəni Mərkəzində elmi işlər və filiallar üzrə direktor müavini işləmişdir. 1998-ci ilin yanvar ayından indiyə qədər "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (2003-cü ildən AMEA Folklor İnstitutunun) direktorudur.

Səhhətində baş verən xəstəliklə əlaqədar 2011-ci ildə AMEA Folklor İnstitutunun direktoru vəzifəsindən azad olunmuşdur.

H. Ə. İsmayılov uzun illərdir ki, Azərbaycan aşıq sənətinin tarixi-prosessual strukturu üzərində araşdırmalar aparır. Onun bu sahədə Göyçə aşıq mətnlərinə əsaslanan "Göyçə folklor mühiti: təşəkkülü və inkişaf yolları" adlı doktorluq dissertasiyası türkoloji hadisə səviyyəsində müdafiə olunmuşdur. O, bu dissertasiyada Azərbaycan aşıq sənəti tarixinin yeni konseptual modelini qoymuş və bununla elmi həm saxta və əsassız ehkamlardan xilas etmiş, həm də Azərbaycan elmini nəhayət ki, dünya türkoloji arenasına çıxaran konsepsiya irəli sürmüşdür. H. İsmayılov öz irihəcmli və orijinal konseptual məqalələri ilə elmi mətbuatda ardıcıl və məhsuldar şəkildə iştirak edir.

H. Ə. İsmayılov qırx il ərzində cəmi yeddi nömrəsi çıxmış "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" beynəlxalq məcmuəsinin işini qısa zaman ərzində yenidən qurmuş və kiçik müddətdə məcmuənin sayını on yeddiyə çatdıraraq dövriliyini təmin etmişdir. O, institutda nəşr edilən "Dədə Qorqud" beynəlxalq dərgisinin çap işini yüksək səviyyədə təmin edir. H. İsmayılovun rəhbərliyi altında Azərbaycan Folklor Antologiyası seriyası çap olunur. H. Ə. İsmayılov fundamental folklor arxivi yaratmağa nail olmuşdur. O, Azərbaycan folklorunun janrlar üzrə yüz cildliyinin çapına başlamaq üçün ciddi nailiyyətlər əldə etmişdir. Folklor arxivində artıq bu işi həyata keçirmək üçün yetmiş cilddən artıq material toplanmış və çeşidlənmişdir.

Türkiyənin nüfuzlu təşkilatı olan Hüseyn Qazi Kültür və Sənət Vəqfi Hüseyn İsmayılovu "Türk folkloruna xidmət ödülü" ilə mükafatlandırmışdır.

Hüseyn İsmayılovun iki yüzə yaxın elmi məqalənin, folklor toplularından ibarət 14 kitabın və iki monoqrafiyanın müəllifidir.

Əsərləri

  • "Vətən qürbətdə qaldı". Bakı, Yazıçı, 1993
  • "Göyçənin qisası qalır", Bakı, Zaman, 1997, 384 səh. (Eldar İsmayılla ortaqlı)
  • Hüseyn İsmayılov "Miskin Abdal" Bakı, 2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf

Miskin Abdal. Bakı, Səda, 2001. ISBN 5-86874-228-1

  • Göyçə aşıq mühiti : təşəkkülü və inkişaf yolları: monoqrafiya /red. N. Q. Cəfərov ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. — Bakı : Elm, 2002. — 404 s. ; 20 sm. — 500 экз. — ISBN 5-8066-1531-6
  • "Göyçə aşıqları və el şairləri", I cild. Bakı, Səda, 2006
  • "Göyçə aşıqları və el şairləri", II cild. Bakı, "Nurlan", 2010. 594 səh. 500 tiraj.
  • "Aşıq Ələsgər". Bakı, "Ecoprint", 2017. 152 səh. ISBN 978-9952-29-103-0

Kitabları və Məqalələri

1) Hüseyn İsmayılov "Miskin Abdal" Bakı, 2001, https://ia601600.us.archive.org/19/items/huseyn-ismayilov-miskin-abdal-2001/H%C3%BCseyn%20%C4%B0smay%C4%B1lov%20-%20Miskin%20Abdal%20%20-%202001.pdf

2) "Göycə folkloru. Bakı, Səda, 2000.

3) "Göycə folklor mühiti: Təşəkkülü və inkişafı" Bakı, Elm, 2002.

4) "Azərbaycanın reqional xüsusiyyətləri" Bakı, Nurlan, 2006

5) "Düşünən və düşündürən poeziya", 1999.

6) "Miskin Abdalın şəxsiyyəti və taleyi", Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, VIII kitab, Bakı, "Səda", 1999, səh.100–119.

7) Hüseyn İsmayılov "Göyçə aşıqları və el şairləri", Səda-2006. səh.63–116

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn İsmayılov haqqında məlumat. Hüseyn İsmayılov nədir? Hüseyn İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hanukiya

  • Mart 01, 2026

    Damla (müğənni)

  • Fevral 23, 2026

    Rastr təsvir

  • Fevral 27, 2026

    Tiamat

  • Fevral 27, 2026

    Arizona şamı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst