Hüseyn Aqil oğlu Məlikov (31 iyul 1981, Şağan, Bakı, Azərbaycan SSR) — Azərbaycan xanəndəsi, pedaqoq, Beynəlxalq Muğam Mərkəzinin solisti.
| Hüseyn Məlikov | |
|---|---|
| Hüseyn Aqil oğlu Məlikov | |
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Şağan, Bakı şəhəri, Azərbaycan SSR |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | xanəndə, pedaqoq |
| Janr | Muğam |
| Musiqi aləti | qaval |
| Təhsili | Bakı İslam Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
| Mükafatları | |
Həyatı
Hüseyn Məlikov 31 iyul 1981-ci ildə Bakı şəhərinin Şağan qəsəbəsində anadan olmuşdur.
1987-ci ildə 124 nömrəli orta məktəbə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Bakı İslam Universitetinə daxil olmuş, təhsilinin bir ilini Misirin Qahirə şəhərində davam etdirmişdir. 2003-cü ildə həmin ali təhsil müəssisəsini bitirmişdir.
2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi də tamamlamışdır.
Fəaliyyəti
2012-ci ildən Hüseyn Məlikov 24 nömrəli Onbirillik Musiqi Məktəbində xanəndə müəllimi kimi fəaliyyət göstərir.
O, eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin solistidir. Repertuarı Azərbaycan muğamları və təsniflərindən ibarətdir. İfa etdiyi bir neçə muğam dəstgahının səs yazısı Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxildir.
Hüseyn Məlikov 4-cü Respublika Muğam Müsabiqəsinin laureatı olmuşdur.
O, Çin, Tacikistan, İsveç, Polşa, Türkiyə və digər ölkələrdə keçirilən konsert və festivallarda iştirak etmiş, Azərbaycan muğamını beynəlxalq səviyyədə təqdim etmişdir.
Şəxsi həyatı
Ailəlidir. 2 uşağı var.
Xanəndə Hacı Aqil Məlikov atasıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Məlikov haqqında məlumat. Hüseyn Məlikov nədir? Hüseyn Məlikov nə deməkdir?
